Dünya

Netanyahu: Ərdoğanın İsrailə əxlaq dərsi keçməyə haqqı yoxdur

Toplum TV
16 Noyabr, 2023
135

Açıq mənbələrdən götürülüb

Benyamin Netanyahu

"Öz kəndlərini bombalayan dövlət başçısının İsrail hakimiyyətinə əxlaq dərsi keçməyə haqqı yoxdur"

Toplum TV TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail barədəki sərt tənqidlərinə cavab verərkən bildirib. 

Netanyahu açıqlamasında Ərdoğanı terrorçuları dəstəkləməkdə ittiham edib: 

"Deməliyəm ki, terrorçuları dəstəkləyən qüvvələr var. Onlardan biri də Türkiyə prezidenti Ərdoğandır, o, İsraili terror dövləti adlandırır, əslində isə terrorçu quruluş HƏMAS-ı dəstəkləyir. Bu həmin Ərdoğandır ki, öz ölkəsində kəndləri bombalayıb. Ona görə də biz onların moizəsini dinləmək niyyətində deyilik”.

https://toplum.tv/dunya/perdogan-ermenistan-qarabagda-meyus-oldugu-kimi-israil-de-meyus-olacaqp

Baş nazir İsrail ordusunun Qəzzada "beynəlxalq hüquqa uyğun olaraq ədalətli müharibə apardığı və mülki itkiləri minimuma endirməyə və terrorizmin kökünü kəsməyə çalışdığı"nı bildirib. 

Ərdoğan noyabrın 15-də Ədalət və İnkişaf Partiyasının toplantısında İsraili terrorçu dövlət adlandırmış, HƏMAS-ın isə Qəzzada legitim siyasi partiya olduğunu bildirmişdi. O çıxışında həmçinin vurğulamışdı ki, Türkiyə İsraili dünyadan təcrid etməyə çalışacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

London Ərdoğanla görüşən Şotlandiya nazirinə xəbərdarlıq edib

Yadigar Sadıqlı
11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Şotlandiya hökumətini təhdid edərək xarici əlaqələrin qurulmasında Forin-ofisin şotlandlara yardımını dayandıra biləcəyini deyib. Kemeronu Şotlandiyanın birinci naziri Həmzə Yusafın Forin-ofisin nümayəndəsinin iştirakı olmadan Türkiyə Prezidenti Ərdoğanla görüşməsi və Qəzza sektorundakı müharibə ilə bağlı mövqeyini bildirməsi əsəbləşdirib.  Birləşmiş krallığın tərkib hissələrinin muxtariyyəti haqqında qanunlara görə, həmin hissələr yalnız öz kompetensiyalarına aid sahələr üzrə xarici əlaqələri inkişaf etdirə bilərlər, əcnəbi siyasətçilərlə görüşlər zamanı isə, protokola görə, Britaniya XİN nümayəndəsi iştirak etməlidir. BBC-nin də tanış olduğu məktubda Kemeron Dubayda keçirilən iqlim konfransının gedişində Yusafın prezident Ərdoğanla görüşəcəyi barədə Britaniya diplomatlarının əvvəlcədən xəbərdar edilməməsinə və bu...
Dünya

Blinken: Rusiya ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləyə bilər

Toplum TV
11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

"Rusiyanı Ukraynada dayandırmaq zəruridir, əks halda o, NATO ölkəsinə hücum edərək ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləyə bilər". Toplum TV xəbər verir ki, bunu CNN-ə açıqlamasında ABŞ dövlət katibi Antoni Blinken deyib.  Onun sözlərinə görə, əlavə büdcə tələbi Konqresdə səsə qoyulmasa və təsdiqlənməsə, sevinəcək yeganə insanlar Moskva, Tehran, Pekindəkilərdir: "Bu, Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Onlar son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib və 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50 faizindən çoxunu geri qaytararaq Rusiyanın təcavüzünü geri çəkiblər". https://toplum.tv/dunya/prusiya-kiyeve-ballistik-raketler-ve-dronlarla-huumlcum-edibp Blinken həmçinin qeyd edib ki, Rusiyanın NATO ölkəsinə hücumunun və ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləməsinin qarşısını almaq üçün...

Seçilmiş Videolar

Toplum TV loqo