Dünya

Polşa, Ukrayna və Baltikyanı ölkələr birgə bəyannamə imzaladı

4 May, 2021
118

PBS

Polşa, Ukrayna, Latviya, Litva və Estoniya prezidentləri Varşavada keçirdikləri görüş zamanı əməkdaşlıq və demokratiyanın fundamental prinsiplərinin dəstəkləmək haqqında bəyannamə imzalayıblar. 

Bu barədə "Radio Svoboda" xəbər verir.

“Xüsusən də ümumi təhlükəsizliyimizə indiki təhdidlər şəraitində xalqların həmrəyliyini bizim hamımız üçün sülhün, sabitliyin, inkişafın, rifahın və dayanıqlılığın məhək daşlarından biri hesab edirik”, - Ukrayna prezidenti Vladimir Zelenskinin rəsmi saytında yer alan mətndə deyilir.

Dövlət başçılarının görüşü Reç Pospolita Konstitusiyasının (Üç may Konstitusiyası da deyilir) 230-cu ildönümünə uyğunlaşdırılıb. 1791-ci ildə qəbul edilən sənəd siyasi sistemin, hüququn üstünlüyünün və Rusiya da daxil olmaqla qonşu dövlətlərin təcavüzündən müdafiəyə hədəflənmişdi. Amma onun qəbulundan 4 il sonra Rusiya, Prussiya və Avstriya arasında bölünən müstəqil Polşa dövlətinə son qoyuldu. 

Vladimir Zelenskinin Varşavada Polşa prezidenti Ancey Duda ilə ikitərəfli görüşü də nəzərdə tutulub. Görüşün mövzularından biri təhlükəsizliklə bağlı məsələlərdir. Ehtimal ki, söhbət Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədlərində cəmlənməsindən, Mərkəzi və Şərqi Avropa ölkələrinin təhlükəsizliyindən gedəcək. Baş tutacaq görüş haqqında şərh verən polşalı ekspert Dariuş Maternyak Polşanın təhlükəsizliyinin birbaşa Ukraynadan asılı olduğunu vurğulayıb.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar