Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart, 2023
840

Açıq mənbələrdən götürülüb

İmran Xan

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib.

BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb.

Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər.

Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib.

Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir neçə kilometr aralıda yerləşən stadionda keçiriləcək.

Keçmiş baş nazir hədiyyələrin satılması barədə prosesdə ifadə vermək üçün məhkəməyə gəlməkdən imtina etdikdə İslamabad məhkəməsi onun həbsi haqqında order verib və müvafiq əməliyyat başlayıb. Həmin hədiyyələr Xana 2018-2022-ci illərdə baş nazir olarkən xarici dövlətlərin nümayəndələri tərəfindən verilib.

İmran Xan tərəfdarları qarşısında - The Diplomat

Hələ ötən il siyahısı dərc olunan hədiyyələrin arasında biri 300 min dollar dəyərində olmaqla yeddi saat, eləcə də brilyant zinət əşyaları və nahar servizləri olub.

Keçən ilin aprelində baş nazir vəzifəsini itirən İmran Xan özü hər hansı qeyri-qanuni əməllər törətməsini inkar edir və ona qarşı qaldırılan işi siyasi motivli sayır. Bu zaman öz tvitterində yazıb ki, martın 18-də məhkəməyə getmək barədə öhdəliyə imza atıb və bundan sonra həbsi haqqında göstəriş ləğv olunub. Əməliyyatda iştirak edən polislər və reyncerlər blokpostları yığışdıraraq Xanın iqamətgahı yerləşən ərazini tərk ediblər.

https://toplum.tv/dunya/pserbiyanin-kennedisi-zoran-cinciccedilin-qetlinden-20-il-oumltduumlp

Polis hələ çərşənbə axşamı İmran Xanı həbs etmək istəmişdi, amma onun yüzlərlə tərəfdarı asayiş keşikçilərini iqamətgaha buraxmadılar. Kütlədən polisə tərəf daş və kərpic atıldı, əvəzində onlar da dəyənəkdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etdilər.

Keçmiş kriket ulduzu olan İmran Xan isə məhkəməyə təhlükəsizlik səbəbindən getmədiyini iddia edir, amma şənbə günü gedəcəyini vəd edib.

Siyasətçi daha əvvəl BBC-yə verdiyi müsahibəsində həbsi üçün heç bir əsasın olmadığını, amma hakimiyyətin onu barmaqlıqlar arxasına göndərməkdə israrlı olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyət bununla onun və partiyasının növbəti seçkilərdə iştirakına əngəl yaratmaq istəyir: “Amma həbsdə olsam da, olmasam da, mənim partiyamın qələbə çalmasına mane ola bilməyəcəklər”.

İnformasiya naziri Marriyum Övrəngzib, öz növbəsində iddia edir ki, məsələnin heç bir siyasi mahiyyəti yoxdur, polis yalnız məhkəmənin qərarını yerinə yetirir. Xanım nazirin sözlərinə görə, Xan suni şəkildə zorakılıq törətməyə və həbsdən yayınmağa çalışaraq qadın və uşaqlar da daxil olmaqla tərəfdarlarından canlı qalxan kimi istifadə edir.

https://toplum.tv/dunya/pbmt-efqanistan-qadinlara-qarsi-en-repressiv-oumllkedirp

İmran Xan ötən il parlamentdə səsvermə nəticəsində vəzifəsini itirəndən sonra ölkəni dolaşaraq etiraz mitinqləri keçirir, hökuməti və ordunu tənqid edərək növbədənkənar seçkilər keçirilməsini istəyir. 

Belə mitinqlərin birində hücuma məruz qalaraq ayağından yaralanan siyasətçi hadisədə indiki baş nazir Şahbaz Şərifin tərəfdarlarını ittiham edib. Bu ittihamları rədd edən Şərif isə seçkilərin vaxtında keçiriləcəyini bildirir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo