Dünya

Paşinyanın Rusiyaya səfər edəcəyi bildirilir

27 Noyabr, 2023
114

Açıq mənbələrdən götürülüb

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacağı bildirilib. 

Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Paşinyanın dekabr ayında baş tutacaq səfəri çərçivəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşündə iştirak edəcəyi qeyd edilib. 

https://toplum.tv/siyaset/palen-simonyan-rusiyanin-maraqlari-ermenistanin-maraqlarina-ziddirp

Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib: “Biz Yerevandan siqnal almışıq, bu, aydın siqnaldır”.

Bundan əvvəl Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçirilən iclasında iştirak etməmişdi. Paşinyan həmçinin MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçirilən iclasında da iştirak etməmişdi. Yerevanın son dövrlərdə MDB və KTMT-nin görüşlərindən imtinası Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi fonunda baş verib. Paşinyan bir müddət əvvəlki çıxışlarının birində həmçinin qeyd etmişdi ki, Yerevan təhlükəsizlik sahəsində əlaqələrin şaxələndirilməsi üzərində işləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo