Polşa Almaniyanın icazəsi olmadan Ukraynaya "Leopard 2" tanklarını göndərmək istəyir
Açıq mənbələrdən götürülüb
Leopard 2
Polşa Ukraynaya "Leopard 2" tanklarını hətta Almaniyanın icazəsi olmadan da göndərə bilər.
Toplum TV xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski yerli radioya müsahibəsində deyib.
“Mən belə bir addım atmağa hazır olduğumuzu istisna etmirəm”, - deyə Pavel Yablonski bildirib və əlavə edib: “Hazırda biz Almaniyanı nəinki bu tankları Polşaya və ya digər ölkələrə göndərməyə razı salmağa, həm də bunu özlərinin etməsi üçün çalışırıq”.
https://toplum.tv/dunya/pabs-ukraynaya-25-milyard-dollarliq-yeni-yardim-paketini-accediliqladip
Almaniya Ukraynadakı eskalasiyanın daha da dərinləşməsindən ehtiyat etdiyi üçün ağır hücum silahları göndərmək istəmir və indiyə qədər müttəfiqlərinin "Leopard 2" tanklarını Ukraynaya tədarük etməsinə icazə verməyib.
“Düşünürəm ki, güclü müqavimət olarsa, biz gözləməyəcəik, belə qeyri-standart hərəkətə hazır olacağıq”, - deyə o bildirib.
Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski də Almaniyanın razılıq vermədiyi təqdirdə Varşavanın daha geniş koalisiyanın tərkibində Ukraynaya "Leopard 2" tanklarını göndərə biləcəyini bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb