Açıq mənbələrdən götürülüb
Yevgeni Priqojin
"Vaqner" hərbi qruplaşmasının yaradıcı Yevgeni Priqojin Kremlpərəst siyasi strateq Konstantin Dolqova müsahibəsində Baxmut uğrunda döyüşlərdə muzdluların itkiləri ilə bağlı açıqlama verib.
Toplum TV-nin məlumatına görə, Yevgeni Priqojin bildirib ki, Baxmut uğrunda döyüşlərdə 10 min keçmiş məhbus həlak olub.
Priqojinin sözlərinə görə, "Vaqner" qruplaşmasına 50 min məhbus cəlb edilib, onların təxminən 20%-i ölüb.
O bildirib ki, "Vaqner" muzdlularının digər kateqoriyaları arasında eyni itki payı var. Priqojin muzdluların itkiləri ilə bağlı ümumi rəqəmləri açıqlamayıb, amma onun sözlərinə əsasən belə nəticəyə gəlmək olar ki, "Vaqner" 10 min keçmiş məhbus daxil olmaqla, 15-16 min döyüşçü itirib. Daha 15-16 min döyüşçü ağır yaralanıb.
https://toplum.tv/dunya/pkreml-ukrayna-ile-muumlnaqisenin-dondurulmasina-qarsiyiqp
Priqojin Ukrayna Silahlı Qüvvələrinin itkilərini də açıqlayıb. Onun iddiasına görə, Ukrayna tərəfində 50 min ölü, 50-70 min yaralı var.
ABŞ Prezidenti Co Bayden mayın 21-də Rusiyanın Baxmut uğrunda döyüşlərdə itkilərinin təxminən 100 min nəfər olduğunu bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb