Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr, 2023
185

en.kremlin.ru

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib.

Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib.

Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb.

“Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb.

https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp

Bildirək ki, sentyabrın 19-u Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlandığını elan edib. Döyüşlərin nəticəsi olaraq, separatçılar təslim olub. 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında görüş razılaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo