Sosial media
Andrey Troşev
Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb.
Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb.
Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.
“Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, - Putin Troşevə bildirib.
Bundan əlavə, Rusiya prezidenti hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb.
Bildirək ki, Andrey Troşev "Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojin tərəfindən 23-24 iyunda təşkil olunan hərbi çevriliş cəhdini dəstəkləməmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?