Dünya

Putin Rusiyayla Ukraynanın gec-tez razılığa gələcəyini deyir 

9 Fevral, 2024
112

Açıq mənbələrdən götürülüb

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin amerikalı teleaparıcı Taker Karlsona müsahibəsində Ukraynanı və Qərbi hazırkı hərbi münaqişəni başlatmaqda ittiham edib.

Toplum TV xəbər verir ki, Putin müsahibəsində hələ 2000-ci illərin əvvəllərində prezident olduqdan sonra Qərblə münasibətləri yaxşılaşdırmağa çalışdığını iddia edib. 

Onun sözlərinə görə, hətta bir vaxtlar prezident Bill Klintondan Rusiyanın NATO-ya qoşulmasının mümkün olub-olmadığını soruşub:
 
“Əgər o, “hə” desəydi, yaxınlaşma prosesi başlayacaqdı. Tərəfdaşların bunu etmək üçün səmimi istəyini görsək, hətta bu gerçəkləşə də bilərdi. Ancaq bu baş vermədi”.

https://toplum.tv/dunya/pmedvedev-qerbi-quotqiyamet-guumlnuumlquot-ile-hedeleyibp

O, NATO-nun şərqə doğru genişlənməsi və Ukraynanın alyansa qoşulması perspektivinin Rusiyanın Qərblə indiki düşmən münasibətinə gətirib çıxarması ilə bağlı köhnə arqumentini təkrarlayıb.

Onun sözlərinə görə, hərbi münaqişəyə səbəb 2014-cü ildə “Kiyevdəki çevriliş” və ardınca Kiyevin Minsk razılaşmalarını yerinə yetirməkdən imtina etməsi olub.

Putin həmçinin bildirib ki, guya Rusiya bir vaxtlar Donbasın Ukraynaya qaytarılmasına hazır olub. Amma onun sözlərinə görə, Kiyevdə məsələni hərbi güc yoluyla həll etmək istəyiblər. Onun iddiasına görə, hazırkı müharibəni Rusiya deyil, “Səkkiz il Donbası bombalamaqla” Ukrayna tərəfi başladıb.

Putin müsahibəsində onu da iddia edib ki, Rusiya və Ukrayna gec-tez razılığa gələcək, uzun müddət çəksə də, xalqlar arasında münasibətlər bərpa olunacaq. Onun sözlərinə görə, Ukraynada baş verənlər müəyyən dərəcədə vətəndaş müharibəsinin elementidir. Çünki "ukraynalı əsgərlərin bir çoxu özlərini rus kimi hiss edirlər". 

"Qərbdə hamı düşünür ki, döyüşlər rus xalqının bir hissəsini digərindən həmişəlik ayırıb. Yox. Qovuşma baş verəcək. Mütləq baş verəcək”, - deyə Putin iddia edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo