Dünya

Putinin 9 may Qələbə paradı niyə sönük keçdi?

10 May, 2023
633

Açıq mənbələrdən götürülüb

Vladimir Putin

2023-cü ilin 9 may Qələbə paradı son illərin ən təvəzökar paradı oldu. Qırmızı meydandan keçən yeganə tank T-34 oldu, piyada halında isə lap əvvəldə keçən bayraq qrupunu və orkestri nəzərə almasaq, cəmi 26 parad dəstəsi keçdi. Bir il əvvəl onların sayı 34 idi.

Tədbiri şərh edən diktor 8 min nəfərin iştirak etdiyini söylədi. Hərçənd, Müdafiə Nazirliyinin martdakı kollegiya iclasında Sergey Şoyqu iştirakçı sayının 10 mindən az olmayacağını demişdi. 2022-ci ildə paradda 11 min nəfər iştirak edirdi.

Rusiya paradda adətən yeni texnikanı, eləcə də hərbi-sənaye kompleksinin 2010-cu illərdə hazırladıqlarının ənənəvi dəstini – “Armata” sinfindən T-14 tankı və T-15 PDM, “Koalisiya” özüyeriyən artilleriya qurğusu, “Kurqanets” PDM və səkkiztəkərli “Bumeranq” zirehli maşını -  nümayiş etdirir.

Paraddakı yeganə tank T-34 idi - Getty Images

2015-ci ildən etibarən onlar bütün paradların nüvəsini təşkil edirdilər. Yanlarına daha köhnə və daha yeni texnikalar da qatılırdı.

Parad öncəsi Rusiya mətbuatının yazdığına görə, bu dəfə də Qırmızı meydanda şərti yeni, hərbi təcrübə əsasında yüngülvari tamamlanan T-72B3M, yeni “Axmat” və “VPK-Ural” zirehli maşınları, eləcə də artıq vərdiş olunmuş T-90M, T-72B3, “Yars” nüvə raketləri, “İskander” operativ-taktiki raketləri və S-400 zenit kompleksləri nümayiş olunmalı idi.

Perspektivli zirehli texnikanı yalnız “Bumeranq” təmsil edirdi. Siyahıda hər iki “Armata”nın, “Kurqanets”in, “Koalisiya”nın olmaması təəccübləndirirdi. Gerçəkdə isə paradda texnika daha da az oldu.

Meydandan yalnız təkərli texnika keçdi, özü də diktor nədənsə “Axmat” sözünü deməyərək, rəsmən belə adlanan zirehli maşını “KamAz” avtomobili bazasında müdafiəli nəqliyyat vasitəsi” kimi təqdim etdi. Çeçenistan rəhbəri Ramzan Kadırov bu maşının onun şəxsi xahişi ilə yaradıldığını deyir.

Diktor "Axmat" zirehli texnikasının adını çəkməyib - Getty Images

Paradın hava hissəsi də olmadı, amma onun ləğv oluna biləcəyini Putinin mətbuat katibi Dmitri Peskov öncədən ehtimal etmişdi. Təyyarə və helikopterlərin uçuşu adətən pis hava şəraitinə görə ləğv edilir. Bu dəfə isə Moskva səması aydın idi.

Bu paradın daha bir xüsusiyyəti tribunalarda ÇVK “Vaqner”  muzdlularının olması təxminidir. Hər halda diktor “həmlə dəstələrinin döyüşçüləri” dedi. Rusiya Müdafiə Nazirliyinin xəbərlərində onları məhz belə adlandırırlar. 

Çıxılmaz vəziyyət

2023-cü ilin Qələbə paradını təşkil edərkən Rusiya hakimiyyəti, görünür, qəliz vəziyyətə düşüb.

Birincisi, ötən il “Armata”, “Kurqanets” və “Koalisiya” ilə keçirilən ənənəvi paraddan sonra müxtəlif sosial şəbəkələrdəkı rusiyapərəst akkauntlar “bəs bu yeni texnika niyə cəbhədə deyil” sualı verilən şərhlər yazdılar.

Üstündən bir il keçəndən sonra, sosial şəbəkələrdə 1960-cı ildə istehsal olunan tank və zirehli maşınların cəbhəyə göndərildiyi göstərilən videoçarxların yayılması fonunda həmin texnika daha da təzadlı görünərdi.

İkincisi, parad ərəfəsində ÇVK “Vaqner” rəhbəri Yevgeni Proqojinlə Müdafiə Nazirliyi arasında münasibətlər kəskinləşdi. Priqojin Rusya komandanlığına yönəlik kəskin tənqidlə çıxış etdi, sözün hərfi mənasında onları söydü. Diktorun bir dəfə də olsun “Vaqner” sözünü işlətməməsi, ola bilər, bununla izah olunur.

Sergey Şoyqu - AFP

Nəhayət, ən əsası, parada altı gün qalarkən Putinin durduğu yerdən yüz metrlik məsafədə, Senat sarayının damı üzərində iki dron partladı. Ukraynanın bu hadisəyə aidiyyatı olmadığını rəsmən elan etməsinə baxmayaraq, Moskva hücumun arxasında Kiyev və Vaşinqtonun olduğunu bildirdi.

Paradın hava hissəsinin ləğvini PUA-ların qəfil peyda olmaları təhlükəsi ilə izah etmək olar. Strateji bombardmançılar, “Ruslan” ağır nəqliyyat təyyarələri daxil olmaqla onlarla təyyarə və digər uçuş aparatları aşağı hündürlükdə Qırmızı meydan üzərindən uçmalı idi. Onların yolu üzərində bircə dronun olması sıralarının pozulması üçün yetərli idi. Bu halda aviasiya qəzası riski olduqca yüksək olardı.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo