Dünya

Qərb Ukraynaya tanklar göndərir, amma indi başqa problem var

28 Yanvar, 2023
1598

Açıq mənbələrdən götürülüb

Toplum TV - Leopard 2

BBC-də Qərb ölkələrinin Ukraynaya tədarük edəcəyi müasir tanklarla bağlı məqalə dərc olunub. Materialda tankların üstün və zəif cəhətlərindən bəhs olunur. Ukraynanın bu tanklara yiyələnməsi nəyi dəyişdirəcək?

Toplum Tv məqaləni təqdim edir:

Qərbin əsas döyüş tanklarının Ukraynaya verilməsi mövzusu sona qədər intriqasını saxlayırdı. Amma yanvarın 25-də alman hökuməti və ABŞ Prezidenti Co Bayden bunu rəsmən elan etdilər.

Ukrayna Almaniyanın “Leopard 2”  tanklarından əlavə, Britaniyanın “Çellencer” və ABŞ-ın “Abrams” tanklarına malik olacaq.

Ukrayna nə qədər tank ala bilər?

Nə qədər tank veriləcəyi aydın deyil. Çox güman, elan olunanlar da yekun rəqəmlər olmayacaq. Hələ ki, Kiyevə 14 “Çellencer 2”, Almaniyadan 14 “Leopard 2” verməyi vəd ediblər. Sonuncunun daha 14 ədədi yəqin Polşadan veriləcək.

https://toplum.tv/siyaset/plenetlenmis-rusiya-pasportu-laquobu-adamlar-duumlnyani-bezdiribraquop-pnbspp

ABŞ Ukraynaya 31 tank verəcək. Baydenin sözlərinə görə, tədarük zaman tələb edəcək, amma ABŞ yaxın günlərdə ukraynalı hərbçilərin təliminə başlayacaq.

 Amerika mətbuatı yazır ki, “Abrams”lar “Ukraynanın təhlükəsizliyinə yardım təşəbbüsü” (Ukraine Security Assistance Initiative) proqramı çərçivəsində veriləcək, bu da silahın Amerika ordusunun ehtiyatından deyil, istehsalçıdan sifarişini nəzərdə tutur. Belə hal sifarişin yerinə yetirilməsini xeyli ləngidəcək.

Britaniyada 2021-ci ildə 77 “Çellencer 2” tankı istifadədən çıxarılıb, buna görə də onları daha tez Ukraynaya göndərmək olar.

Alman tanklarına gəldikdə isə həftəlik “Spiegel” jurnalının məlumatlarına görə, Bundesverin ixtiyarında müxtəlif modelli 212 saz “Leopard” var. Daha 100 ədədi isə 2022-ci il yayın əvvəli üçün təmirdə idi.

Polşa və Finlandiya “Leopard” göndərməyə hazır olduqlarını publik bildiriblər, amma mətbuatda gedən məlumatlara görə, İspaniya, Niderland və Norveç də bu təchizata qoşula bilərlər.

Ukrayna SQ-nin Baş komandanı Valeri Zalujnı daha əvvəl bildirib ki, müharibədə qalib gəlmək üçün Ukraynaya (qərb istehsalı) 300 tank lazımdır.

Qərb tanklarının zəif cəhətləri nədir?

Taktiki-texniki xüsusiyyətlər əsasında tankları müqayisə etmək çətindir. Birincisi, tanklar az-az hallarda duelə çıxırlar. Onlar çox vaxt istehkamlara, sığınacaqlara, piyadalara, daha yüngül və tez-tez rast gəlinən zirehli texnikaya qarşı vuruşurlar.

İkincisi, müasir tank – idarəçilikdə kifayət qədər qəliz döyüş maşınıdır, çox vaxt uğur və uğursuzluqlar onun potensialından 100% istifadə edə bilib-bilməməkdən asılıdır. Bununla yanaşı, həmin tankların ekspertlərə məlum olan üstünlük və çatışmazlıqları var.

Əgər qərb tanklarının çatışmazlıqlarından danışsaq, hər üçünün ən azı bir belə ümumi cəhəti var: çəki.

“M1 Abrams M1A1”-in son versiyasının döyüş çəkisi 66 tondur. Ən müasir “Leopard 2A7” də təxminən eynidir. “Çellencer 2” döyüş çəkisi isə əlavə qoruma ilə 75 tona çatır.

Nisbətən yeni “Çellencer” də daxil olmaqla bu tanklar öz təkamülləri ərzində “kökəliblər”. Tankların və tank əleyhinə silahların inkişafı paralel gedir. Tankların modernləşdirilməsi də əsasən qorunmalarının artırılması ilə bağlıdır. Yeni avadanlıqların quraşdırılması da çəkini azaltmır.

Müqayisə üçün Rusiyanın T-80U tankının döyüş çəkisi 46 tonn, T-72B3 və T-90-da 46,5 tondur.

Çəki yetərincə mühüm amildir, logistikaya təsir göstərə bilər. Çünki, məsələn, körpüləri keçəndə çəki nəzərə alınmalıdır. Tanklar uzaq məsafəyə özləri getmədiklərinə görə daha ağır qoşqulu tirlər lazımdır.

Zirehli texnika üzrə ukraynalı ekspert Andrey Tarasenko BBC-yə deyir ki, qərb tanklarının hərəkəti ilə bağlı problem olmayacaq: “Həqiqətən də bu tankların çəkisi çoxdur, amma onların hərəkət hissələri yeddi “təkərdən” ibarətdir. T-72, T-80, T-90 da isə altı “təkər var”. Dolayısı ilə, onların torpağın hər kvadrat santimetrinə göstərdikləri təzyiq sovet tankları ilə eynidir”.

Doğrudur, “Çellencer 2”-nin hər tərəfində altı “təkər” var, amma onun da torpağa xüsusi təzyiqi “Abrams” və T-72-də olduğu qədər, “Leopard 2”, T-80 və T-90-dan isə bir qədər çoxdur.

Qərb tanklarının ikinci çatışmazlığı – heyətin xüsusi hazırlıq zərurətidir. Müasir tankların idarəçiliyi yetərincə qəlizdir, onlar atəşin idarə olunması, müşahidə və rabitə üzrə rəqəmsal sistemlərlə təchiz olunublar.

Bu zaman idealda heyətin hər üzvü texnikanı hərəkəti avtomatikləşənə qədər mənimsəməlidir, axı çox vaxt döyüşdə saniyələr həlledici olur.

Tank heyətləri xüsusi poliqonlarda hazırlanır. Burada onlar həm gerçək maşınlarda, həm trenajorlarda məşq edirlər. Ona görə də hətta təcrübəli tankçıların belə yeni texnikanı mənimsəməsi üçün vaxt lazımdır.

Nəhayət, yeni tankların təchizatı təşkil olunmalıdır. Ukrayna üç müxtəlif tank alacaq, onların da hər biri üçün ehtiyat hissələr lazım gələcək.

Əgər “Leopard” və “Abrams” hamar lüləli topla silahlandıqlarından eyni cür mərmidən istifadə edirlərsə, yivli lüləsi olan “Çellencer”ə NATO-nun standart tank mərmiləri uyğun gəlmədiyindən başqa mərmilər tədarük etmək lazımdır.

Bundan əlavə, “Abrams” daha çox yanacaq işlədir. O, mühərrik kimi dizel motorundan deyil, turbindən istifadə edir.

Logistika ilə problemlərin isə kompensasiyası var. Ordusu “Abrams” və “Leopard”la silahlanan Polşada texniki xidmət bazası var, burada ehtiyat hissələrin və digər zəruru materialların təchizat sistemi artıq qaydasına salınıb.

Qərb tanklarının üstünlükləri

Ənənəvi olaraq hesab edilir ki, sovet tanklarının çox ciddi bir çatışmazlığı var – sursatlar döyüş bölməsinin aşağı hissəsindəki barabanda yerləşir. Bu tankın döyüşdən salamat çıxmaq şansını azaldır, çünki vurulan zaman sursatlar alışa bilərlər.

Ukraynaya göndəriləcək üç qərb tankından yalnız “Abrams” bu çatışmazlıqdan tamamilə qurtulub. Onun bütün döyüş sursatı qüllədən arxada xüsusi oyuqda yerləşir. Bu oyuğu qüllədən xüsusi odadavamlı qapılar ayırır, sursata mərmi dəyərsə partlayış enerjisinin yuxarı getməsi üçün tədbir görülüb. Bu amil çoxlaylı zirehlə birlikdə “Abrams”ı dünyada ən etibarlı tanklardan biri edir.

Alman və Britaniya tankları da çoxlaylı zirehlə qorunurlar, amma ekspertlərə görə, onların müdafiə xüsusiyyəti “Abrams”dan daha aşağıdır. Bundan əlavə, onların sursatları döyüş bölməsində yerləşir. Doğrudur, onlar qəlpələrin dəyməməsi üçün əlavə qorunurlar, amma yenə necə olsa da, heyət mərmilərlə eyni məkandadır. 

“Abrams”ın çatışmazlığı sayılan “qarınqulu” turbin eyni zamanda üstünlüyüdür. Belə mühərrik ona yerindən tez tərpənməyə və hərəkətdə ikən sürət yığmağa kömək edir. Ümumiyyətlə, bu ağır tank şossedə 60 km/saat, torpaq üzərində isə 40 km/saat sürət yığır. Turbindən istifadə edən T-80U tankı daha üstün göstəricilərə malikdir: 70 km/saat və 60 km/saat.

“Leopard 2A4”-ün sürəti şossedə 70 km/saat, torpaqda isə 60 km/saat-dır. Yəni onun dizel mühərriki turbindən pis işləmir. Çoxlu ekspertlər alman tankının daha bir üstünlüyünü vurğulayırlar – geriyə doğru yüksək sürət.

Bu mühüm parametrdir, çünki döyüş zamanı tanklar hədəfi vurmaq üçün geriyə hərəkət edərək sığınacaqdan çıxırlar, sonra yenidən gizlənirlər. Onlar bunu nə qədər tez edərlərsə, düşmənin vurmaq şansı bir o qədər azalar.

“Çellencer 2” daha ləng tankdır. O, şossedə 56 km/saat, torpaqda isə 40 km/saat sürətlə hərəkət edə bilər. Amma bu, Rusiyanın dizellə işləyən T-72 və T-90 tanklarından çox geri qalmır. Onlarda bu parametrlər müvafiq olaraq 65 və 35 km/saat-dır.

https://toplum.tv/dunya/parestoviccedil-fenomeni-ndash-zelenskinin-muumlsaviri-niye-istefa-verdip

“Çelencer”in yivli topunu tez-tez tənqid edirlər. O, həqiqətən də Qərb və Rusiya tanklarının əksəriyyətində olan hamar lüləli topların fonunda anaxronizm kimi görünür. Hamar lüləli topdan çıxan mərmi daha yüksək sürət yığır və bunun sayəsində daha qalın zirehi dəlir.

Amma yivli toplar daha yüksək dəqiqliyə malikdirlər. Əsas döyüş tankının başlıca “ixtisası”nın düşmən tankları ilə mübarizə olmadığını nəzərə alsaq, bu çatışmazlığı da tamamilə üstünlük hesab etmək olar.

Nəhayət, Andrey Tarasenkonun dediyinə görə, hər üç tankın o qədər də aşkar görünməyən, amma mühüm üstünlükləri var: onlarda topun enmə bucağı Rusiya tankları ilə müqayisədə daha çoxdur. Bu isə yetərincə böyük maşınlara yalnız qülləni açıqda saxlayaraq təpələrin arxasında gizlənmək imkanı verir.

Universal silah

Tank – müasir səhra döyüşünün əsasıdır. O, bir çox vəzifələri yerinə yetirən, heç nə ilə dəyişilməsi mümkün olmayan universal vasitədir. Buna görə də Valeri Zalujnı və Ukrayna rəhbərləri onları əldə etməyi belə çox istəyirlər.

Amma müasir tankların ən yüksək xüsusiyyətləri belə yalnız yaxşı hazırlanmış heyət tərəfindən istifadə olunduqda özünü göstərə bilər.

“Hələ 1989-cu ildə aparılan tədqiqatlar sübut etmişdi ki, heyətin hazırlıq səviyyəsinin 25% artırılması, döyüş maşınları parkını 60% artırılmasına ekvivalentdir”, - Andrey Tarasenko deyir.

Bununla belə, hətta yaxşı hazırlanmış heyətin belə ümumqoşun döyüşünün digər komponentləri ilə - piyadalar, istehkamçılar, kəşfiyyat – harmoniyaya ehtiyacı var. İndi Ukrayna hərbçiləri xaricdəki təlim mərkəzlərində ciddi surətdə hazırlıq keçirlər.

Tərcümə: Yadigar Sadıqlı 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo