Dünya

"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır

Yadigar Sadıqlı
12 Sentyabr, 2023
506

ANADOLU AGENCY

Pinoçetin qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında çilili qadının əlindəki plakatda “Qadınlar bağışlamayacaq” yazılıb.

Çilidə Pinoçet dövründə itən insanların axtarışı

50 il əvvəl, 1973-cü il sentyabrın 11-də hərbi çevriliş nəticəsində Çilidə Auqusto Pinoçet hakimiyyətə gəldi. Çevrilişin ildönümü ərəfəsində indiki prezident Qabriel Boriç hərbi xunta dövründə itkin düşmüş insanların axtarışı üzrə ümummilli kampaniyanı başlatdı.

Pinoçetin 17 illik (1973-1990) diktaturası ərzində Çilidə onminlərlə insan itkin düşüb, o cümlədən minlərlə uşaq valideynlərindən oğurlanıb və övladlığa götürülmək üçün xaricə göndərilib.

Hakimiyyət anlayır ki, itkinlərin bir çoxu, ola bilər, indi həyatda deyil, amma heç olmasa, onların yoxa çıxmasının təfərrüatlarını öyrənməyə ümid edir.

Boriçin sözlərinə görə, bu, təkcə diktatura qurbanlarının xatirəsi üçün deyil, bir daha eyni şeyi yaşamamalı olan ölkənin gələcəyi üçün də zəruridir.

Müxalifət hökumətin təşəbbüsünü solçu populizm adlandırdı. Sağçı baxışların tərəfdarları hesab edirlər ki, Pinoçet Çilini kommunizmdən xilas edib və iqtisadi yüksəlişə nail olub.

Müxalifət partiyalarının liderləri dəvət olunmamalarını əsas gətirərək “National Search Plan” kampaniyasının başlamasına həsr olunan tədbirə getmədilər. İqtidar isə istisnasız hamının dəvət edildiyini bildirir.

Auqusto Pinoçet 2006-cı ildə Çilidə vəfat edib. O, bütün həyatı boyu həyat yoldaşı Lucia Hiriart (şəkildə) ilə yaşayıb. O, 2021-ci ilin dekabrında vəfat edəndə Çilidə ümumxalq sevinci olmuşdu. - GETTY IMAGES

Xalq arasında isə təşəbbüs müsbət qarşılandı. Axtarış proqramında hər bir çilili iştirak edə bilər.

Hakimiyyət doğmasının, dostunun, ya da qonşusunun yoxa çıxma məqamlarını xatırlaya biləcək şahidlərin xatirələrinə xeyli güvənir.

Üstəlik, hər şeydən göründüyünə görə, kampaniya çərçivəsində yeni məlumatları işləyən və sistemləşdirən ekspert qurpları müxtəlif istiqamətlərdə çalışacaqlar. 

Çili hökuməti indi 30-50 yaşı olan oğurlanmış uşaqların axtarışında daha çox uğur qazanmağa ümid edir.

Bu istiqamətdə araşdırmalar artıq bir neçə ildir davam edir, amma bəzi xeyriyyə fondlarının və ayrı-ayrı ailələrin gücü ilə. İndi onlara dövlət mexanizmləri də qoşulacaq.

Rəsmi rəqəmlərə görə, Pinoçet dövründə əcnəbilər 20 minə qədər çilili uşağı övladlığa götürüblər. Daha bir neçə mini Çilidəki zəngin ailələrə verilib.

AFP

Həmin uşaqların böyük əksəriyyəti yetim deyildi, onları sadəcə analarından ayırırdılar. Bunlar əsasən tənha analar, sosial müdafiəsi olmayan qadınlar idi.

Pinoçet hökuməti bu yolla ölkədə yoxsulluğa qalib gəlməyə hazırlaşdığını elan edirdi.

Bəzən uşaqları düz küçədə anaların əlindən alındığını danışan şahidlər var. Digər hallarda anaları məzmununu anlamadıqları sənədləri imzalamağa məcbur edirdilər, uşaqları aparırdılar, sonra da öldüklərini deyirdilər. 

Onların xaricə keçirilməsində sosial işçilər, rahibələr, həkimlər, hüquqşünaslar və övladlığa götürmək üzrə beynəlxalq agentliklər iştirak edirlər.

Uşaqların böyük əksəriyyəti qonşu Argentinaya, eləcə də ABŞ, Almaniya, İsveç və Niderlanda düşür.

2019-cu ilin məlumatlarına görə, təxminən 200 ana öz uşağını tapmağa nail olub.

Övladlığa götürmək haqqında şəhadətnamədə uyğunsuzluqlar

Xoşbəxt qovuşmanın sonuncu nümunəsu bu il avqustun 22-də baş verib.

ABŞ-ın Virciniya ştatında yaşayan, cinayət işləri üzrə 43 yaşlı vəkil Cimmi Lippert-Tayden ilk dəfə özünün bioloji anası Mariya Anxelika Qonsalesi qucaqladı. Onların görüşü Çilinin cənubundakı kiçik Valdiviya şəhərində baş tutub.

Mariya 1980-ci ilin oktyabrında Santyaqonun “Del Salvador” xəstəxanasında oğlan doğub.

1980-ci ildə Santyaqo doğum evində Mariya Anxelika Qonzalesə oğlunun inkubatorda öldüyü, cəsədinin isə atıldığı deyilmişdi. - NOS BACAMOS

Həkimlər ona uşağın erkən doğulduğunu və xüsusi inkubatorda bir neçə gün keçirməli olduğunu deyiblər. Tezliklə anaya uşağın öldüyünü xəbər verirlər, Mariya dəfn üçün cəsədi istəyəndə isə ondan artıq qurtulduqlarını söyləyirlər.

Bu zaman uşaq artıq amerikalı Coan və Fred Lippert-Tayden cütlüyünə verilmişdi.

Cimminin sözlərinə görə, övladlığa götürüldüyünü həmişə bilib, amma düşünüb ki, ABŞ-da daha firavan yaşaması üçün doğma anası onu könüllü verib.

O, övladlığa götürülməsi haqqında sənədlərdə anasının ondan imtinası haqda üç müxtəlif versiya gördükdə şübhələnməyə başlayıb. Görünür, sənədlər tələsik və ola bilər, müxtəlif adamlar tərəfindən hazırlanırdı və nəticədə onlarda uyğunsuzluqlar yer alıb.

Versiyaların birinə görə, Mariya Anxelika Qonsales yeni doğulmuş uşağını xəstəxanada qoyaraq gedib.  Digərinə görə, uşağın iki yaşı olanda könüllü verib. Üçüncü versiyada isə ananın doğuş zamanı öldüyü iddia olunurdu.

Cimmi həqiqəti öyrənməkdən ötrü Pinoçet dövründə ayrı salınmış bioloji uşaqların və valideynlərin axtarışı ilə məşğul olan “Nos Buscamos” fonduna müraciət edir.

Fondun banisi və direktoru Konstansa del Rionun sözlərinə görə, uşağı götürən valideynlər bu halda heç bir informasiya ilə kömək edə bilmirlər, çünki övladlıq prosesinin qanuni olduğuna inanırlar.

 Pinoçet dövrünün insan alverçilər öz sxemlərinə hörmətli adamları, məsələn, din xadinlərini cəlb edirdilər ki, hər şey qüsursuz görünsün.

Fondun əməkdaşları xatırlayırlar ki, Cimminin işində yeganə ipucu doğum şəhadətnaməsində doğma anasının adı idi. Amma buna da çox ümid etmək olmazdı, çünki Çilidə Mariya Qonsales adında minlərlə qadın yaşayır.

Ana və oğlunu ayrı düşən Çili ailələrinin bir-birini aradığı MyHeritage platforması və DNT testləri vasitəsilə qovuşdurmaq mümkün oldu.

Cimminin DNT-i istifadəçilərdən birinin DNT-i ilə uyğun gəldi və aydın oldu ki, bu, platformada öz məqsədləri üçün qeydiyyatdan keçən xalaoğlusudur.

“Mən birinci mesajıma öz şəklimi qoşdum və “ana, bu mənəm, sənin oğlun” yazdım. Sonra öz arvadımın və iki qızımın şəklini göndərdim. Amma ondan xahiş etdim ki, cavabla çox tələsməsin, aldığı xəbəri dərk etməsi üçün nə qədər lazımdırsa, o qədər vaxt sərf etsin”, - Cimmi bioloji anası ilə ilk ünsiyyətini belə xatırlayır.

Onun sözlərinə görə, bu əhvalatda hamı, o cümlədən onu övladlığa götürərkən aldadılan valideynləri də qurbandır.

İtkin doğmalarını arayan ailələr ümid edirlər ki, axtarışlarda dövlətin iştirakı prosesi yeni səviyyəyə qaldıracaq.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya XİN: Moskva Paşinyana cavab hazırlayır

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rəsmi Moskvanın yaxın vaxtlarda Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı müvafiq açıqlama verəcəyi gözlənilir. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Zaxarova Yerevanın rəsmi açıqlamalarını ikitərəfli münasibətlərin inkişafına zidd olduğunu qeyd edib. “Deyə bilərəm ki, Moskva Ermənistanın baş naziri və Yerevanın digər rəsmi nümayəndələri tərəfindən verilmiş reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət edib və bu, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Kreml rəsmisi vurğulayıb. https://toplum.tv/dunya/pabs-in-yuumlksekccedilinli-resmileri-yerevana-gelibp Xatırladaq ki,...
Dünya

ABŞ-nin yüksəkçinli rəsmiləri Yerevana gəlib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib. Səfər   Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb. https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya...

Seçilmiş Videolar

Toplum TV loqo