Açıq mənbələrdən götürülüb
Xavyer Miley
Argentinada libertarian iqtisadçı Xavyer Miley noyabrın 19-da keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Toplum TV xəbər verir ki, seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb. Bununla belə, bülletenlərin 90%-i açılıb və Miley səslərin 56%-dən çoxunu toplayıb. Onun rəqibi, iqtisadiyyat naziri Sergio Massa artıq məğlubiyyətini etiraf edib və yeni prezidentə uğurlar arzulayıb.
https://toplum.tv/dunya/pzelenski-qerbin-desteyi-olmasa-geri-ccedilekileceyikp
Argentinada seçkilər iqtisadi böhran fonunda baş tutub. Hazırda ölkədə illik inflyasiya 140%-i ötür və hər beş argentinalıdan ikisi yoxsulluq içində yaşayır. 53 yaşlı Miley iqtisadiyyatın radikal xilasını təklif edib. Xüsusilə, o, Mərkəzi Bankı bağlayacağını, "xəstə pesodan imtina edəcəyini" və ölkənin ən böyük ticarət tərəfdaşlarından - Çin və Braziliyadan imtina edərək ABŞ meyilli siyasət yürüdəcəyinə söz verib. O, həmçinin ölkənin Rusiyanın da daxil olduğu dünyanın ən böyük qeyri-Qərb iqtisadiyyatları klubu olan BRİKS-ə qoşulmasının zəruriliyini şübhə altına alıb.
Radikal üslubu və mübahisəli açıqlamalarına görə Mileyi keçmiş ABŞ prezidenti Donald Tramp və Braziliyanın keçmiş prezidenti Cair Bolsonaro ilə müqayisə edirlər. Tramp artıq Maylini qələbə münasibətilə təbrik edib.
Argentinanın hazırkı prezidenti Alberto Fernandes Xavyer isə Maylini təbrik etməyib. Argentinanın yeni prezidenti dekabrın 10-da vəzifəsinin icrasına başlamalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?