Açıq mənbələrdən götürülüb
Levon Koçaryan saxlanma anı
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bir ay müddətinə həbs edilib. O, hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.
Toplum TV "Novosti Armeniya"-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
https://toplum.tv/siyaset/pdtx-qarabag-boumllgesinin-ermeni-ehalisine-muumlraciet-edibp
Bildirilir ki, Yerevan Məhkəməsində hakim Masis Melkonyan müstəntiqin vəsatətini təmin edib.
Levon Koçaryanın vəkili bildirib ki, onun həbsi siyasi sifarişdir. Onun sözlərinə görə, hakim Masis Melkonyan 3 ay əvvəl hakimiyyətə yaxın Respublika Partiyasının üzvü olub və dəfələrlə Robert Koçaryana qarşı ünvanlanmış siyasi bəyanatlar verib. Melkonyanın çox siyasiləşdiyi və qərarının əsaslı şübhələr yaratdığı qeyd olunub.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi anti-terror əməliyyatı fonunda Yerevanda mitinqlər başlayıb. Sentyabrın 22-si səhər saatlarından etibarən vətəndaşlar paytaxtda itaətsizlik aksiyaları keçiriblər. Hüquq-mühafizə orqanları mitinqlərin bəzi iştirakçılarını saxlayıb. Onların arasında Levon Koçaryan da olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?