Rusiya və Türkiyə arasında fikir ayrılığı: Qaz qovşağında işlər dayandırıldı
Açıq mənbələrdən götürülüb
Qaz qovşağı
Rusiya və Türkiyə arasında Avropaya qaz nəqli üçün qovşaq məsələsində fikir ayrılığı yaranıb.
Toplum TV "Reuters" agentliyinə istinadən xəbər verir ki, qaz qovşağının yaradılması Rusiya və Türkiyə arasında onu kimin idarə etməli olduğu ilə bağlı fikir ayrılıqları səbəbindən dayandırılıb.
"Reuters"-in mənbəsi açıqlamasında qeyd edib ki, qovşağı kimin idarə edəcəyi üzərində tərəflər bir-biriylə mübarizə aparırlar.
Rusiyanın “Kommersant” nəşri də “Qazprom”a yaxın mənbəsinə istinadən xəbər verib ki, idarəetmə məsələlərində “problem” həqiqətən mövcuddur.
Xatırladaq ki, qaz qovşağının yaradılmasını Rusiya prezidenti Vladimir Putin Türkiyəyə 2022-ci ilin oktyabrında təklif edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihə sayəsində Türkiyənin dünyanın qaz qovşaqlarından birinə çevriləcəyini açıqlamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb