Bu gün Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tapşırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Həmçinin hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.
Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 "Karl-Qustav" tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir.
Daha əvvəl Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.
Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. (TURAN)
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes