Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr, 2023
195

Açıq mənbələrdən götürülüb

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.  

Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq.

Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.  

Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.  

Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb.

Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo