Dünya

Rusiyadan gedən jurnalistlərdə kütləvi zəhərlənmə - Moskva narahatdır?

18 Avqust, 2023
478

Açıq mənbələrdən götürülüb

Rusiyadan gedən jurnalistlər və fəallar son bir ildə zəhərlənmə dalğasına məruz qalıblar. The Insider zəhərli maddələr üzrə mütəxəssis olan həkimlərlə birlikdə bu zəhərlənmələrin təfsilatlarını araşdırıb.

Yelena Kostyuçenko. Münhendə zəhərlənmə

İri miqyaslı müharibə başladıqda “Novoya qazeta”nın müxbiri Yelena Kostyuçenko Ukraynaya yola düşdü və burada sərhəddən, Odessadan, Nikolayevdən və Xersondan dörd reportaj hazırladı. O, martın 30-da Zaporojyedə idi və Mariupola səfər planlaşdırırdı, amma Ukrayna kəşfiyyatındakı mənbələrdən və həmkarlarından belə bir məlumat aldı ki, Rusiya blokpostlarındakı çeçen qüvvələrinə onu öldürmək tapşırılıb. Belə olduqda Yelena müvəqqəti Avropaya getdi.

Kostyuçenko Berlində mənzil tapdı, sentyabrın sonlarından isə “Meduza”da işlədi. Onun ilk ezamiyyəti İrana olmalı idi, sonra da yenidən Ukraynaya getməyə hazırlaşırdı. O, viza almaq üçün sənədlərini Münhendəki Ukrayna konsulluğuna verəcəkdi.

Oktyabrın 17-də Yelena gecə qatarı ilə Münhenə getdi, ertəsi gün burada öz rəfiqəsi ilə görüşdü. Gündüz onlar küçədəki restoranda nahar edirdilər və iki dəfə stollarına tanış adamlar yaxınlaşdı: əvəllcə kişi, sonra da iki qadın. Jurnalist Münhenin belə “kiçik” şəhər olmasından təəccüblənir. Yelena arada tualetə getsə də, rəfiqəsi daim stol arxasında olub. Yemək ona dadsız gəldiyindən xörəyin yarısını yeməyib. Geri qayıtmaq üçün vağzala gedəndə rəfiqəsi ondan pis qoxu gəldiyini deyərək dezodorant təklif edib.

Qatarda Kostyuçenkonun başı ağrıyır, diqqətini işlədiyi mətnin üzərinə toplaya bilmir. Berlində çətinliklə özünü mənzilinə çatdırdı, taqətsiz düşdü, təngnəfəslik hiss etdi. Düşündü ki, üç həftə əvvəl keçirdiyi kovidin fəsadlarıdır. Ertəsi gün qarnında bərk ağrı peyda oldu. Başgicəllənmə, ürən bulanması, güclü həyəcan hiss etdi, yuxusuzluq keçirdi.
 
Jurnalist yalnız 10 gündən sonra həkimə müraciət edir. Təhlillər onda ALT və AST qaraciyər fermentlərinin normadan beş dəfə çox olmasını, eləcə də sidiyində qan aşkar edir. Yeni simptomlar da yaranır: ovuc və dabanları qəfildən qızarır, üzü və barmaqları şişir. Bir neçə mümkün diaqnozu əvvəlcə ehtimal və sonra rədd edən alman həkimlər səbəbin zəhərlənmə olması qənaətinə gəlirlər. Yelenaya Aleksey Navalnının zəhərlənmədən müalicə olunduğu “Şarute” klinikasında toksinlər üçün analiz verməsi tövsiyə olunur. 

Bundan ötrü öncə polisə müraciət etmək lazım idi. İstintaq açıldı, amma polislər bildirdilər ki, 2,5 ay keçdikdən sonra orqanizmdə toksin izlərini tapmaq mümkün deyil. Dekabrın sonlarında analiz götürdülər, amma nəticələrini demədilər. 

Almaniya prokurorluğu mayın 2-də Kostyuçenkonun zəhərlənməsi işinin bağlandığını bildirdi, amma iyulda polislər yenidən bərpa etdiklərini xəbər verdilər.

The Insider zəhərli maddələr üzrə mütəxəssislər və həkimlərlə əlaqə saxlayıb. Onlar bildiriblər ki, təsvir olunan simptonları ekzogen zəhərlənmədən, yəni orqanizmə kənardan daxil olan maddə ilə zəhərlənmədən başqa şeylə izah etmək mümkün deyil.

Klinik mənzərə və laboratoriya tədqiqatlarının nəticələri qaraciyərin və böyrəklərin ciddi zədələnməsini sübut edirdi, eləcə də bəzi nevroloji pozuntular vardı. Yelenanın təsvir etdiyi simptomlar və analizlərin nəticələri istifadə oluna bilən zəhərli maddələrin spektrini daraltmağa imkan verir. Ekspertlər əsasən xloroorqanik birləşmədən şübhələnirlər, məsələn dixloretan kimi. Ciyərlərin zədələnməməsini nəzərə alsaq, zəhər orqanizmə nəfəs yolu ilə deyil, ya dəri (amma xloroorqanik maddə üçün bu zaman uzunmüddətli kontakt lazım gələrdi), ya da qida vasitəsilə daxil olub.

 

Nataliya Arno. Praqada zəhərlənmə

“Azad Rusiya” fondunun rəhbəri Nataliya Arno 2023-cü il mayın 2-də Praqada kiçik tədbirdə iştirak edirdi. Axşam “Garden Court” hotelinə qayıdanda öz otağının qapısının açıq olduğunu görür. Heç nə itməmişdi, amma hansısa parfümün güclü qoxusu gəlirdi.

Gecə Nataliya keyləşmədən və bədəninin müxtəlif yerlərindəki ağrılardan oyandı. Xatırladığına görə, dişləri və dili xüsusilə ağrıyırdı, daha sonra qulaqlarında, sinəsində və onurğasında ağrı hiss etdi. Ağzında mineral dad vardı, gözləri yayğın görürdü, ayaq və əlləri keyimişdi.
 
Elə həmin gün daimi yaşadığı Vaşinqtona qayıdan Nataliya həkimə müraciət edir. Onun işi ilə ABŞ hüquq-mühafizə orqanları məşğul olur. Toksikoloji tədqiqatın nəticəsi hələ məlum deyil, anna həkimlər Arnoya neyrotoksik maddə ilə zəhərləndiyini deyiblər.

Mütəxəssisin fikrincə, təsvir olunan simptomlar, o cümlədən xarakterik keyləşmə, sinir-iflicedici maddəni nişan verir. “Noviçok”un bütün növləri belə maddələrə aiddir, amma sadəcə simptomlar əsasında dəqiq söyləmək mümkün deyil.

 

İrina Babloyan. Tbilisidə zəhərlənmə

“Exo Moskva”nın jurnalisti İrina Babloyan 2022-ci ilin oktyabrında Moskvadan Tbilisiyə gələrək “Kraliça Tamar” hotelində məskunlaşıb. Oktyabrın 25-də axşam əzginlik hiss edir, səhər də kəskin halsızlıq və başgicəllənmə ilə oyanır. Bir sutka sonra əlləri qıpqırmızı oldu və sanki oda tutulubmuş kimi yanmağa başladı.

Oktyabrın 27-də Yerevana gedən Babloyannın yolda halı lap pis olur: beyni dumanlanır, diqqətini cəmləyə bilmir. “Uzanmısan, amma yorğunluq çıxmır, sanki istirahət edə bilmirsən. Məndə belə təəssürat yarandı ki, bədənim daha mənim deyil, o, pambıq kimi idi, güclü həyəcan keçirirdim”, - jurnalist belə təsvir edir.

Yerevandakı hoteldə İrinanın qarnı ağrıyır, ürəkbulanma və yuxusuzluq peyda olur, ağzında metal dadı hiss edir. Simptomlar iki gün sonra yox oldu, amma indi də jurnalistin dərisində qızartılar yaranır.

İrina əvvəlcə bunun zəhərlənmə ola biləcəyini düşünmür. O, allergiya üçün analiz verir, amma nəticələr neqativ çıxır.

Bir neçə aydan sonra Berlinə gedən jurnalist toksikoloji analiz üçün “Şarite”də qan verir. Bir neçə gün keçdikdə həkimlər qan nümunələrinin “itdiyini” xəbər verirlər. Bununla belə, Babloyanı polisdə ciddi dindirirlər. Yaxınlarda o, təkrar analizlər verib.

“The Insider”in rəyini soruşduğu ekspertlərin fikrincə, İrinanın təsvir etdiyi klinik mənzərə hər hansı məlum xəstəliklə izah oluna bilməz. Buna görə də ekzogen zəhərlənmə ehtimalı daha real görünür.  Simptomların Yelena Kostyuçenkonun təsvir etdiyi simptomlarla oxşarlığı eyni və ya bənzər zəhərləyci maddədən istifadə olunduğu təxmin etmək imkanı verir. Amma məhz hansı olduğunu söyləmək hələ ki, çətindir.


Mənbə: https: //theins.ru/politika/264260


Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo