Dünya

Serbiyanın Kennedisi: Zoran Cinciçin qətlindən 20 il ötdü

Yadigar Sadıqlı
14 Mart, 2023
493

Açıq mənbələrdən götürülüb

Zoran Cinciç

2003-cü il martın 12-də Serbiyanın baş naziri Zoran Cinciç snayper atəşi ilə öldürüldü.

Toplum TV BBC-nin Cinciç haqqında məqaləsini Azərbaycan dilində təqdim edir.

Müxalifətin artıq tanınmış və oturuşmuş lideri olan Cinciç qətlindən üç il əvvəl Slobadan Miloşeviç avtokratiyasını devirməyə kömək edəndən sonra baş nazir postuna seçildi.

Miloşeviç Serbiyanı 1990-cı illərdə idarə edərək millətçi siyasət yürüdürdü. Yuqoslaviyanın parçalanmasından sonra  ölkəni Xorvatiya, Bosniya, Sloveniya və Kosovo ilə müharibəyə çəkdi.

“Deyirlər ki, Amerikada hər kəs Kennedinin ölümünü eşidəndə harada olduğunu xatırlayır. Düşünürəm, Cinciçlə bağlı Serbiyada da belədir”, - Cinciç hökumətində nazir olmuş Qordan Matkeviç belə deyir.

Snayperin iki dəfə atəş açdığı Cinciç qarnından və belindən yaralanaraq yerli xəstəxanada öldü.Onunla vidalaşmaq üçün Belqrad küçələrinə onminlərlə insan çıxdı.

Zoran Cinciçin dəfni – Getty Images

“Cinciçin göstərdiyi ən mühüm şey – dəyişikliklərin mümkün olmasıdır”, - Matkoviç deyir.

Cinciç nəyə görə önəmli idi?

“Zoran Cinciç Serbiyanın modernləşməsinin və Slobadan Miloşeviç rejimi ilə üzülüşməsinin təcəssümü idi”, - Belqraddakı Fəlsəfə və sosial nəzəriyyə institutundan tarixçi Petar Jarkoviç deyir.

Cinciç qətlindən üç il əvvəl Slobadan Miloşeviçə qarşı nümayişlər keçirən müxalifətin avanqardında idi. Miloşeviç siyasəti 1999-cu ildə Serbiyanın NATO aviasiyası tərəfindən bombalanmasına aparıb çıxardıqda, yüzminlərlə insan etiraz aksiyasına çıxmışdı.

https://toplum.tv/dunya/pbmt-efqanistan-qadinlara-qarsi-en-repressiv-oumllkedirp

Baş nazir olduqdan sonra islahatlara başladı və Miloşeviçi həbs edərək Haaqa beynəlxalq tribunalına göndərmək göstərişi verdi.

90-cı illər müharibələrinin dağıtdığı ölkədə Cinciç çox ağır iqtisadi vəziyyətlə üzləşdi. O, bazar münasibətlərini dəstəkləyirdi və Qərblə sıx inteqrasiyaya nail olmağa çalışırdı.

“O, hesab edirdi ki, Kosovo haqqında mübahisə mümkün qədər tez həll olunmalıdır”, - Belqrad təhlükəsizlik siyasəti mərkəzindən tədqiqatçı Vuk Vuksanoviç deyir.

Serbiya ilə 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovo arasında münasibətlər Cinciçin ölümündən 20 il sonra da hələ ki, gərgindir.

Serbiya 2009-cu ildə Avropa Birliyinə üzvlük üçün ərizə versə də indiyə qədər yalnız AB üzvlüyünə namizəd kimi qalır.

Bu arada, Qərb son illər ölkədə Rusiya təsirinin artmasından narahatdır.

Serbiya Rusiyanın Ukraynaya hücumunu pisləsə də, “ənənəvi müttəfiq” saydığı Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.

İkiqat faciə

“Cinciç Balkanlar üçün nadir siyasəətçi idi. O modernləşməyə inanırdı”, - Vuksanoviç söyləyir. Onun fikrincə, məhz islahatlar istəyinə görə serb baş naziri Kennedi ilə müqayisə edirdilər: “Hərçənd, tarixi analogiyalar və paralellər hərdən şişirdilmiş olur”.

Cinciç və Kennedinin ölümləri də oxşar idi: ABŞ-ın 35-ci prezidentini də 1963-cü ilin noyabrında Dallasda snayper güllələmişdi.

Cinciç və Kennedi – Getty Images

“Hər iki siyasətçi gənc idi, hər ikisi yeni impuls gətirmişdilər və hər ikisi islahat istəyirdilər. Kennedi respublika administrasiyasını, Cinciç Miloşeviç mirasını islah etmək istəyirdi”, - tarixçi Jarkoviç belə hesab edir.

Onun fikrincə də iki liderin ölümündə oxşarlıq var: “Hər iki qətli zorakılığın eskalasiyasına aparan daxili siyasi və mədəni konfliktlər üçün epiloq saymaq olar”.

Bundan əlavə, Cinciç və Kennedi özlərindən sonra oxşar xatirə saxlayıblar. Jarkoviç deyir ki, ölümlərindən sonra hər iki siyasətçinin fiquru ətrafında müəyyən mistik aura yaranıb – Serbiyada da, ABŞ-da da bir çoxları düşünürlər ki, əgər islahatçı siyasətçi öldürülməsəydi, nə baş verərdi: “Ola bilər, Vyetnamda konflikt kəskinləşərdi, Cinciçlə bağlı isə, yəqin, Serbiyada islahatlar daha sürətlə gedərdi. Amma bütün bunlar spekulyasiyadır”.

Cinciçi kim öldürdü?

3,5 il çəkən məhkəmədən sonra 2007-ci ildə 12 nəfər Zoran Cinciçin qətlində müqəssir sayılıb.  Onlardan bəziləri “qırmızı beretlər” adlandırılan artıq buraxılmış xüsusi polis qüvvələrinin keçmiş üzvləri idilər.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

“Bu, o deməkdir ki, hansısa köhnə strukturlar, xüsusən də təhlükəsizlik strukturları 2000-ci il rejim dəyişikliyindən sonra da mövcudluqlarını qoruyublar”, - Vuskanoviç belə deyir.

İstintaqın qənaətinə görə, qrupun məqsədi Miloşeviç rejimi kimi bir hökumət qurmaq olub. Onlar düşünürdülər ki, Cinciçin qətli buna kömək edəcək.

Amma qətli kimin sifariş verməsi indiyə qədər məlum deyil.

Toplum TV-dən arayış: Zoran Cinciç 1952-ci ildə Yuqoslaviyanın tərkibində olan Bosniya və Herseqovinanın kiçik Şamats şəhərində anadan olub. 1974-cü ildə Belqrad universitetinin fəlsəfə fakültəsini bitirib. Elə həmin il müstəqil siyasi təşkilat yaratmaq cəhdinə görə kommunist hakimiyyəti tərəfindən təqib edilib, Qərbi Almaniyaya getməli olub. Burada təhsilini davam etdirib, disstertasiya müdafiə edərək doktorluq dərəcəsi alıb. 1989-cu ildə ölkəsinə dönərək Novi-Sad universitetində dərs deməyə başlayıb. Təkpartiyalı rejimin çökməsindən sonra Demokratik Partiyanın əsasını qoyan 13 intellektualdan biri olub. 1994-cü ildən öldürülənə qədər partiyanın sədri vəzifəsini tutub. Cinciç serb müxalifətinin konsolidasiyasında mühüm rol oynayır. Birləşmiş koalisiyanın namizədi Koştunitsa 2000-ci il prezident seçkilərində Slobadan Miloşeviçə qalib gəldi. Hakimiyyətin saxtalaşdırma cəhdindən sonra küçə etrirazları mövcud rejim devrildi. Həmin ilin dekabrnda keçirilən parlament seçkilərində də müxalifət qalib gəldi və yanvarda Cinciç baş nazir oldu. Onun Miloşeviçi Haaqaya ekstradisiya qərarı prezident Koştunitsa da daxil çoxlarının narazılığına səbəb oldu. Hakim koalisiyanı tərk edənlər də vardı. Cinciç uğurlu iqtisadi islahatlar keçirdi. Özü hökumət binasında ikən üzbəüz binadan açılan atəşlə öldürülən baş nazirin qətlində siyasi səbəblərlə yanaşı mütəşəkkil cinayətkarlığa qarşı apardığı mübarizənin də rolu olması versiyası mövcuddur. Məqalədə bəhs edilən məhkəmə qətlin sifarişçisi olaraq serb mafiyasının Zemun klanının rəhbəri, keçmiş “qırmızı beret” Milorad Ulemeki tanıdı. Ulemek və snayper Zvezdan Yovanoviç hər biri 40 il azadlıqdan məhrum edildilər.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo