DHA
Kamal Kılıçdaroğlu və Ümid Özdağ
Türkiyədə "Ata İttifaqı"nın əsas qurucularından biri, "Zəfər" Partiyasının lideri Ümid Özdağ prezident seçkilərinin ikinci turunda Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu dəstəkləyəcək.
Toplum TV "Sözcü" qəzetində istinadən xəbər verir ki, bu barədə Özdağ mayın 24-də Kılıçdaroğu ilə keçirdiyi görüşdən sonra bildirib.
Məsələylə bağlı açıqlamasında o deyib ki, Türkiyənin ən böyük problemi 13 milyon qaçqın və mühacirin ölkələrinə geri göndərilməsidir:
"13 milyon insanı vətənlərinə göndərmədən və yenilərinin gəlməsini qətiyyətli siyasətlə əngəlləmədən Türkiyənin iqtisadi problemlərdən qurtulması mümkün deyil.
İldə 11 milyard dollar xərcləyərək, vətəndaşlıq sataraq türk millətinin dirçəlməsini həyata keçirə bilmərik, uşaqlarımıza iş tapa bilmərik. Bir ölkə 13 milyon mühacirlə iqtisadiyyatını, təhlükəsizliyini düzgün cığıra sala bilməz. Buna görə də 14 mayda seçkilərə gedərkən mühacirləri vətənlərinə geri qaytarmaq üçün dəstək istədik. Ancaq maneələr vətəndaşlarımıza çatımlılığımızı əngəllədi.
"Zəfər" Partiyası olaraq, prezident seçkilərinin ikinci turunda cənab Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə qərar verdik".
Qeyd edək ki, "Ata İttifaqı"ndan sabiq prezidentliyə namizəd Sinan Oğan iki gün əvvəl seçkilərin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.
Türkiyədə seçkilərin birinci turu mayın 14-də keçirilib. Hazırkı prezident ilk turda 49,51% səslə qalib gələ bilməyib. Ərdoğanın əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb. "Ata İttifaqı"nın vahid namizədi Sinan Oğan isə 5,17% səs toplayıb.
Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür