Dünya

Trampın həbsi ABŞ siyasətinə necə təsir göstərəcək?

3 Aprel, 2023
769

Açıq mənbələrdən götürülüb

Donald Tramp

BBC-nin Vaşinqton müxbiri Entoni Zurker ABŞ-ın 45-ci prezidenti Donald Trampın cinayət məsuliyyətinə cəlb olunması haqqında qərara reaksiyalar və onun doğura biləcəyi nəticələr haqqında məqalə hazırlayıb.

Toplum TV həmin məqaləni Azərbaycan dilində təqdim edir.

Tramp ABŞ-ın cinayət məsuliyyətinə cəlb edilən ilk eks-prezidenti olacaq. Buradan da müvafiq nəticələr doğur: barmaq izləri götürüləcək, profil və anfas şəkli çəkiləcək, Ağ evin keçmiş sahibi rəsmən müttəhim statusu alacaq.

Əgər işin araşdırılması zamanı gözlənilməz bir hadisə baş verməzsə, ABŞ-ın 45-ci prezidenti tezliklə andlılar kollegiyası qarşısında duracaq ilk keçmiş dövlət başçısı olacaq.

 Amerika siyasətində bu gerçəkdən tektonik silkələnmənin ilk əks-sədaları artıq bütün siyasi landşaftda hiss olunur.

Məsələnin bəzi aspektləri tamamilə gözləniləndir. Məhkəmənin qaldırılan cinayət işi çərçivəsində eks-prezidentə hansı ittiham irəli sürəcəyi hələ tam aydın olmasa da, Tramp özü, övladları və tutduğu vəkillər ordusu ittihamı xorla inkar edirlər, cinayət işinin siyasi motivli olduğunu söyləyirlər. 

https://toplum.tv/dunya/pabs-rusiya-mexfi-danisiqlari-yayilibp

Onlara görə bu, guya 2024-cü ilin prezident seçkilərində qalib gələrək Ağ evə qayıtmaq üçün bütün şansları olan Trampın seçkiöncəsi kampaniyasını pozmaq cəhdidir.

Martın 25-də Texasda öz tərəfdarları ilə görüşdə çıxış edən Donald Tramp onu təhdid edən həbs barədə belə deyib: “Bu, prokuroluğun qanundankənar əməlləridir. O sol radikal manyaklar üçün insanın günahsız olması heç bir əhəmiyyət daşımır”. 

Respublikaçılar cərgələrini sıxlaşdırırlar

Trampa qarşı ittiham irəli sürülməsi qərarı elan olunan kimi Respublikaçılar Partiyasının bir çox üzvləri öz prezidentlərini müdafiə etməyə tələsdilər. Nümayəndələr palatasından bir sıra nüfuzlu konqresmenlər ittiham aktını biabırçılıq adlandırıblar və ciddi parlament istintaqı aparmağı vəd ediblər.

Nümayəndələr palatasının respublikaçı spikeri Kevin Makkarti deyib ki, Nyu Yorkun dairə prokuroru 2024-cü ilin prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərməklə “millətə sağalmaz zərər vurub”.

Gələcək prezident seçkilərində Respublikaçılar Partiyasından nominasiya uğrunda Trampın potensial rəqibləri ola biləcək şəxslər də hadisəni pisləyib.

“Ağır cinayət törədən istənilən adamın hüquqi təqibə məruz qalması – amerikalıların təhlükəsizliyinin təminatıdır, amma siyasi motivlərlə təqib Amerikanın hüquq sisteminin sui-istifadə üçün alətə çevrilməsi təhlükə yaradır”, - Tramp administrasiyasında dövlət katibi vəzifəsini tutmuş Mayk Pompeo deyir.

Praymerizdə Trampın əsas potensial rəqibi sayılan Florida qubernatoru Ron DeSantis da tvitterdə yetərincə sərt fikir bildirib, ittiham aktını “Amerika ruhuna zidd” (un-American) adlandırıb: “Hüquq sisteminin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi qanunun aliliyini baş-ayaq çevirir”.

O, əlavə edib ki, Florida hakimiyyəti ittiham irəli sürülməsi üçün Trampın Nyu Yorka ekstradisiyasına kömək etmək niyyətində deyil. Hərçənd, keçmiş prezidentin vəkilləri əvvəlcədən bildiriblər ki, müvəkkilləri məhkəməyə könüllü gələcək. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.

Trampın rəqibləri üçün kövrək tarazlıq

Bununla belə, indi Trampı müdafiə edənlər müəyyən məqamda ondan üz döndərməli olacaqlar. Prezident yarışında iştiraka o qədər də tanınmayan namizədlərdən biri, Arkanzasın keçmiş qubernatoru Asa Hatçinson hadisələrin belə inkişafına bu yaxınlarda belə bir eyham vurub.

“Keçmiş prezidentə cinayət işi üzrə ittiham verilməsi Amerika üçün qara gündür”, - Hatçinson bildirib, amma bu zaman ittihamları ədalətsiz alandırmayıb və ümumiyyətlə, neqativ qiymətləndirmədən çəkinib.

Sorğu nəticələrinə görə, son zamanlar Trampın reytinqi kəskin yuxarı qalxıb, amma müttəhim qismində partiyadaşları üçün yükə çevriləcək, bu isə onun praymerizdə Respublikaçılar partiyasından nominasiyanı udmaq şansını azaldır.

Trampın opponentlərinin bunu sevinc əvəzinə daha çox kədərlə qarşılamaları diqqətəlayiqdir. 

Bu zaman Trampın seçkiqabağı qərargahı yaranmış vəziyyəti öz xeyrinə çevirməyə çalışır, manşet başlıqları və qalmaqallı xəbərlər fonunda gələcək kampaniya üçün yeni ianə yığımını elan edib.  

“Lütfən, gücünüz çatan töhfəni verin – istənilən məbləğdə - hərəkatımızı fasiləsiz əcinnə ovundan müdafiə etmək, 2024-cü ildə Ağ Ev uğrunda mübarizədə qalib gəlmək üçün”, - Manhetten jürisinin cümə axşamı çıxardığı qərardan az sonra Trampın yaydığı bəyanatda belə deyilir. Mətndə həm də deyilir ki, ittiham aktı bütün demokratlara və şəxsən prezident Baydenə baha başa gələcək.

Prezident Bayden susur

Hələ ki, Ağ Ev sürətlə cərəyan edən hadisələrlə bağlı istənilən şərhdən ciddi-cəhdlə yayınır. 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra Senatda Trampın impiçmenti müzakirə olunanda da administrasiya eyni strategiya sərgiləmişdi.  Ola bilər, Napoleonun “düşmən səhv edəndə mane olmamaq lazımdır” məsləhətinə əməl edirlər.

Amma bəzi demokratlar o qədər də təmkinli deyillər.

“Bizim hüquq sistemimizin əsasında hər bir insanın qanun qarşısında mütləq bərabərliyi durur. Özünü qanundan üstün tutmağa heç kəsin ixtiyarı yoxdur”, - demokrat senator Kori Buker deyib.

https://toplum.tv/dunya/pabs-da-yeni-bank-boumlhrani-kabusu-2008-ci-il-tekrar-oluna-bilermip

Demokrat partiyasının Milli komitəsinin mətbuat katibi daha sərt danışıb, Trampın hüquqi problemlərini onun “Amerikanı yenidən böyük edək” hərəkatı və ümumən Respublikaçılar partiyası ilə əlaqələndirib.

Keçənilki aralıq seçkilərdə demokratların gözlənilməz yüksək nəticələrini əksər politoloqlar onların populyarlıqları ilə deyil, Trampın bir çox respublikaçı namizədi dəstəkləməsi, bu dəstəyin toksik olması və opponentlərin əlinə oynaması ilə izah edirlər. Respublikaçıların əhəmiyyətli hissəsinin keçmiş prezidentə məhəbbətinə baxmayaraq, əhalinin çoxunda Tramp xüsusi rəğbət oyatmır.

Trampın ətrafında cərəyan edən hüquqi dram 2024-cü il seçkilərinə xeyli qalmış yekunlaşa bilər. Onun siyasi nəticələri dramın hansı istiqamətdə inkişaf edəcəyindən və kimlərin ona cəlb ediləcəyindən asılı olacaq.

Amma indiki zamanda sıravi seçicilərin Trampa qarşı irəli sürülən ittiham aktına münasibətləri siyasi meylləri ilə aydın şəkildə əlaqəlidir. Hərçənd, çağdaş Amerika siyasətinin istənilən aktual məsələsində onların fikirləri belə olur.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo