Dünya

Trampın milyonlarla miqrantı deportasiya etmək planı məlum olub

12 Fevral, 2024
144

Getty İmages

Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçiləcəyi təqdirdə hər il milyonlarla miqrantı deportasiya etməyi planlaşdırır. 

Toplum TV xəbər verir ki, bu barədə "Aksios" nəşri mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Tramp 1798-ci il Əcnəbilər və Qiyam Aktının bir hissəsindən istifadə edərək, cinayət qeydləri olan miqrantları dərhal toplamaq və deportasiya etmək üçün çox mərhələli deportasiya prosesini qısaldacaq. 

https://toplum.tv/dunya/ptrampin-nato-ile-bagli-ccedilixisi-muumlbahiselere-sebeb-olubp

"Aksios" nəşri bu planı prezident Duayt Eyzenhauer dövründə bir milyondan çox meksikalı miqrantın deportasiya edildiyi 1950-ci illərin hadisələri ilə müqayisə edib. Bu qərar ölkə tarixində ən böyük deportasiya əməliyyatı olub.

Bundan əvvəl Tramp ABŞ-ın çox da uzaq olmayan gələcəkdə terror hücumları ilə üzləşəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu, ölkəyə çox sayda qeyri-leqal miqrantlın daxil olması səbəbindən baş verə bilər.

Qeyd edək ki, artıq bir çox ekspertlər Donald Trampın ikinci dəfə prezident seçilmək ehtimalının yüksək olduğunu bildirirlər. Sabiq prezident bundan əvvəlki çıxışındamaliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə Rusiya hücumlarını təşviq edə biləcəyini demişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo