Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart, 2023
94

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb. 

Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi. 

Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər.

https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp

Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ də ratifikasiya etməyiblər. Xüsusilə də Türkiyə İsveç hakimiyyətini Ankaranın terrorda ittiham etdiyi kürd fəalların ekstradisiyası ilə bağlı razılaşmalara əməl etməməkdə ittiham edir. NATO Vilnüsdəki sammitə qədər ratifikasiya prosesini başa çatdırmağa ümid edir - əks halda, böyük ehtimalla Finlandiya NATO-ya İsveçsiz daxil olacaq.

Finlandiya İkinci Dünya Müharibəsindən sonra neytrallıq siyasətini davam etdirirdi, SSRİ-nin dağılmasından və Varşava Müqaviləsi ləğv edildikdən sonra onu qoruyub saxlamışdı. Ölkənin əksər siyasi qüvvələri Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra neytrallıqdan imtina etmək qərarına gəliblər və hesab ediblər ki, yalnız NATO-ya üzv olmaqla ölkənin təhlükəsizliyi təmin edilə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo