Dünya

Türkiyədə seçkilər: Sinan Oğan tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb

Toplum TV
23 May, 2023
182

Açıq mənbələrdən götürülüb

Oğan - Ərdoğan

Türkiyədə "Ata İttifaqı"ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan tərəfdarlarını prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırıb. 

Toplum Tv xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb. 

Sinan Oğanın sözlərinə görə, müxalif “Millət İttifaqı” seçkilərin birinci turunda lazımi uğuru əldə edə bilməyib. O, həmçinin “Millət İttifaqı”nın “Ata İttifaqı”nı razı sala bilmədiyini də diqqətə çatdırıb. 

https://toplum.tv/siyaset/perdoganin-hakimiyyete-gelisinden-beri-tuumlrkiye-nece-deyisibp

Sinan Oğan "Ata İttifaqı"ndan kənarda Ərdoğana dəstəyini ifadə edib. İttifaqa daxil olan "Zəfər" Partiyasının lideri Ümid Özdağ bildirib ki, Ərdoğana dəstək vermək Sinan Oğanın fərdi seçimidir. 

Türkiyədə seçkilərin birinci turu mayın 14-də keçirilib. Hazırkı prezident ilk turda 49,51% səslə qalib gələ bilməyib. Ərdoğanın əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb. Sinan Oğan isə 5,17% səs toplayıb.

Müşahidəçilərin qənaətinə görə, Oğanın Ərdoğana dəstək bəyanatı hazırkı dövlət başçısının yenidən seçilmək şansını xeyli artırır. Ərdoğan 2014-cü ildən Türkiyə prezidentidir, ondan əvvəl baş nazir kimi ölkəyə rəhbərlik edib.

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər

Toplum TV
20 Sentyabr 2023

armedia.am

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb. Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb. “İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol...
Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr 2023

en.kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib. Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb. “Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb. https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp Bildirək ki, sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo