Reuters
Zəlzələ
Türkiyədəki zəlzələ nəticəsində ölənlərin sayı 6957-ə, yaralananların sayı isə 38224 nəfərə çatıb.
Bu barədə fevralın 8-də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib.
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri bu ölkəyə yola düşüb.
Nazirliyin rəsmi saytı xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Bundan əvvəl də Azərbaycan Türkiyəyə çox sayda xilasedici və yardım ləvazimatı göndərib.
***
11:1
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə, yaralananların sayı isə 37011 nəfərə çatıb.
Toplum TV xəbər verir ki, bu barədə fevralın 8-də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib.
Bildirilir ki, hələ minlərlə insan dağıntıların altındadır. Kəskin soyuq, infrastrukturun dağılması nəticəsində ölü sayının artacağı ehtimal edilir.
Xatırlatma
Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub.
Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb.
Prezident onu da bildirib ki, ölkəsi regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir:
Fevralın 6-da Türkiyə ilə yanaşı Suriyada da zəlzələ baş verib. Son məlumatlara görə, orada da həlak olanların sayı minlərlə hesablanır, həmçinin minlərlə insan yaralanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb