Dünya

Ukrayna müharibəsinin kökləri və Putindən sonra Rusiyanın taleyi necə olacaq?

9 İyun, 2023
1110

Açıq mənbələrdən götürülüb

Vladimir Putin

“Bu müharibə faktiki olaraq, Rusiya imperiyasının parçalanmasının davamıdır” - Ukrayna əsilli ABŞ tarixçisi Sergey Ploxiy BBC-yə müsahibəsində deyir.

Harvard universitetinin professoru, Ukrayna tarixinin ən nüfuzlu tədqiqatçılarından biri Sergey Ploxiy “Avropanın qapıları: Ukrayna tarixi” (The Gates of Europe: A History of Ukraine) adlı bestselleri ilə tanınır.

Rusiyanın Ukraynaya böyük miqyaslı təcavüzünün başlanğıcından bir il sonra onun “Rusiya-Ukrayna müharibəsi” adlı kitabı çapdan çıxıb. Burada o, həm müharibənin səbəblərini göstərir, həm də onun müasir dünyanı necə dəyişdiyini göstərir.

“İndi elə təəssürat mövcuddur ki, müharibə qaçılmaz idi, - Ploxiy BBC-nin Ukyayna müxbiri Yevgeni Şidlovski ilə söhbətində deyir. – 2022-ci ilin əvvəlində - yanvarda, fevralda mən onu görürdümmü? Əlamətləri görürdüm, amma ukraynalıların çoxu kimi görmək istəmirdim. Yəni görürdüm, amma müharibənin qaçılmazlığını dəfələrlə inkar edirdim”.

Sergey Ploxiy - BBC

Alimin fikrincə, həmin vaxt müharibə Rusiya üçün əlverişli görünmürdü. Üstəlik, Rusiya ordusu da, sanki yetərincə hazır deyildi. Rusiya “Ukrayna haqda efemer təəssüratlar əsasında” təcavüzə başladı.

Sergey Ploxiy özünün yeni kitabında 2014-cü il savaşına və tam miqyaslı təcavüzün bir ilinə yekun vurmaqla yanaşı, 1991-ci ildən başlayaraq hansı amillərin buna səbəb olmasını araşdırır.

https://toplum.tv/siyaset/prusiyada-buumldce-kesiri-artir-bu-iqtisadiyyat-uumlccediluumln-ne-qeder-tehluumlkelidirp

“Əsas nəticələrdən biri: bu müharibə - Rusiya imperiyasının dağılmasının faktiki davamıdır. Təkcə Sovet İttifaqının yox, Birinci Dünya Müharibəsi zamanı 1917-1918-ci illərdən başlayaraq, Rusiya imperiyasının”.

Putin ideologiyası və müharibəni əsaslandırması məhz imperiya narrativinə və düşüncə tərzinə söykənir. Özü də “təkcə imperiyaya yox, XIX əsrin sonunda – XX əsrin əvvəllərində Rusiya imperiyasında mövcud olan rus-imperiyasına”.

Tarixçi deyir ki, müharibənin Ukraynanın müstəqilliyi uğrunda getməsi tamamilə aydındır: “Dövlət təsisatlarının, müstəqilliyin, Ukrayna millətinin və Ukraynanın bir dövlət kimi mövcudluğu 2014-cü ildə və 2022-ci başlayan təcavüzlə sual altına qoyulub”.

Ukraynanın ayaqda necə durması barədə suala cavabında tarixçi qeyd edir ki, 2014 və 2022-ci illə arasında Ukraynada olduqca mühüm hadisələr baş verib: “Müharibənin başlaması ilə Rusiya və postsovet identikliyindən fərqli Ukrayna identikliyi formalaşıb”.

Ukrayna daha bütöv olub. Hətta 2014 və 2019-cu illərin prezident seçkilərinin nəticələrinə baxsaq, görərik ki, müxtəlif proqramlı müxtəlif prezidentlər qalib gəliblər, amma hər ikisi regionların əksəriyyətində üstün olublar.

“Putinin əsas səhvlərindən biri 2022-ci ildəki Ukraynanı 2014-cü ildəki Ukrayna hesab etməsidir. O isə tamamilə başqa dövlət idi”.

Müharibədən sonra Ukrayna necə olacaq? Müstəqil, Ploxiy belə hesab edir.

O, Ukraynanın faktiki Qərb strukturlarına daxil edildiyini vurğulayır. Onun sözlərinə görə, bu gün Ukrayna bəzi üzv dövlətlərdən daha çox özünü NATO-ya inteqrasiya olunmuş hiss edir: “Çünki ukraynalılar həm ispan, həm italyan, həm alman, həm amerikan, həm ingilis silahı ilə döyüşə bilərlər, həmin dövlətlərin hər biri isə - yalnız özlərində olanlarla”.

Bu gün ukraynalılar gələcək azad və demokratik Ukrayna üçün vuruşurlar, qələbədən sonra bundan imtina edəcəkləri vəziyyəti təsəvvür etmək çətin ki, mümkün olsun, tədqiqatçı belə hesab edir.

 

Putindən sonrakı Rusiya: bir neçə il hakimiyyət bölgüsü

Ploxiy söyləyir ki, hazırda Rusiyanın beynəlxalq iqtisadi və siyasi qüdrətinin xeyli azalması müşahidə edilir.

“Müharibəyə başlayanda rusiyalılar dünyada ikinci ordularının olduğunu deyirdilər, indi ukraynalılar [kinayə ilə] deyirlər ki, rusların ordusu Ukraynada ikincidir”. Halbuki hərbi qüdrət Rusiyanın beynəlxalq nüfuzunun həmişə mühüm elementi olub.

Alim Rusiyanın enerjidaşıyıcılarının ən sərfəli ticarət bazarlarından birindən – Avropa bazarından uzaqlaşdıran sanksiyaları xatırladır. Şərqə yönəlmək anlaşılandır, amma orada iqtisadi artım xeyli azdır, üstəlik, Çin və Hindistan Rusiyanın zəif mövqeyindən enerjidaşıyıcıları aşağı qiymətlə almaq üçün yararlanacaqlar.

Ploxiy həm də “izqoy” dövlətə çevrilən Rusiyanın beynəlxalq hörmətinin çökməsini yada salır: “Finlandiya və İsveçin NATO-ya qoşulması təkcə Rusiyanın [Ukraynada] etdiklərinə görə narahatlıq əlaməti deyil. Bu, həm də onların Rusiyanın reaksiyasından qorxmamalarının əlamətidir”.

Onun fikrincə, Rusiyanın qüdrətinin azalması prosesi davam edəcək.

Putinin hakimiyyətdən getməsinə gəlincə, tarixçi “müxtəlif ssenarilər ola bilər, amma bu, demək olar dərhal və ya qismən yaxın perspektivdə müharibənin dayanmasına aparacaq” deyir, çünki belə siyasəti “ölkədə tiran hakimiyyəti qurmuş aparata tam nəzarət edən adam” yürüdə bilərdi.

Sergey Ploxinin "Rusiya-Ukrayna müharibəsi" kitabı - BBC

Ploxiy İosif Stalinin ölümündən sonrakı dövrü xatırladır. O zaman sovet rəhbərliyində hakimiyyət mübarizəsi başladı və bu mübarizədən Xruşşov qalib ayrıldı.

“Belə diktator səviyyəsinə qalxmaq üçün Stalinə də Leninin ölümündən sonra 5-6 il lazım gəldi. Mənə elə gəlir, Putindən sonra da eyni ssenari olacaq”.

“Rusiya imperiya olmaqdan əl çəkəcəkmi? Müəyyən dövr üçün – hə. Amma yenidən dirçələ bilərmi? Yüz faiz. Bu, artıq bir dəfədən çox baş verib”, - tədqiqatçı xatırladır.

https://toplum.tv/dunya/pputinin-yanindan-qaccedilmis-kapitan-onu-cinayetkar-hesab-ediremp

“Ona göə də Ukrayna və müttəfiqləri bu barədə seçkidən seçkiyə deyil, daha geniş tarixi perspektivdə düşünməlidirlər. Hətta əgər sabah Rusiyada [hakimiyyətə] hansısa yeni Qorbaçov və ya Yeltsin və ya başqa biri gəlsə belə, biz bilirik ki, qorbaçovlar və yeltsinlərdən sonra putinlər gəlir”.

Yeni “dəmir pərdə”: Avropada “boz zona”lar yox olur

Sergey Ploxiy hesab edir ki, Avropada ikinci soyuq müharibə artıq başlayıb: “2022-ci il bu mənada həqiqətən dönüş ili oldu. ABŞ və Avropa arasında transatlantik alyans canlandı, özü də indi o, daha güclüdür, çünki Şərqi Avropa ölkələri də qoşulub”.

Rusiya və Çinin yaxınlaşması baş verir – soyuq müharibənin əvvəlində də belə idi. Diər tərəfdən də bu soyuq müharibədə Avropadakı “boz zona”lar yox olur: Avropa təhlükəsizliyi sahəsində Ukrayna da bu “boz zona”nın bir hissəsi idi.

“Düşünürəm ki, müharibənin nəticələri hazırda Avropada baş verən bölünməni möhkəmlədəcək...  Bu böyük miqyaslı müharibə ilə soyuq müharibədən sonrakı uzun dövr başa çatdı. Necə deyərlər, qlobal sülh dövrü”, - Ploxiy qeyd edir.

O, əlavə edir ki, “müharibə Sovet İttifaqının çöküşü, müstəqil Ukraynanın yaranması, Berlin divarının uçulması ilə açılan səhifəni qapadır. Yeni mərhələ başlayır, burada Ukrayna dünyanı yenidən formatlayan çox mühüm amilə çevrilir”.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo