Dünya

Ukraynanın ləng əks-hücumu: Tərəflərin planları nədir?

21 İyun, 2023
740

Açıq mənbələrdən götürülüb

Ukraynanın əks-hücumu

Zaporojyedə və Donetsk vilayətinin cənubunda döyüşlər səngimir, bəzi yerlərdə isə daha da şiddətlənir. Ukrayna silahlı qüvvələri (USQ) müxtəlif istiqamətlərdə yavaş-yavaş Rusiya müdafiəsinə soxulur, ruslar isə əks-hücum cəhdləri göstərir, ehtiyat qüvvələr gətirərək əsas müdafiə səddinə çatmamış ukraynalıların hücumlarını dayandırmaq istəyirlər.

İyunun 19-da Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirdi ki, Zaporojye və Donetsk vilayətlərində iki həftə sürən hücum əməliyyatları zamanı Ukrayna qoşunları səkkiz yaşayış məntəqəsini azad ediblər: Novodarovka, Levadnoye, Storojevo, Makarovka, Blaqodatnoye, Lobkovoye, Neskuçnoye və Pyatixatki.

Onun sözlərinə görə, ümumən ukraynalılar 7 km dərinliyə irəliləyiblər, cənubda azad edilən ərazinin sahəsi isə 113 kv km təşkil edir.

Malyar eyni zamanda, rusların təşəbbüsü ələ almaq istədikləri Luqansk vilayətinin qərbində və Donetsk vilayətinin şimalında mürəkkəb vəziyyət yarandığını deyib: “Düşmən öz qüvvələrini toplayaraq Liman və Kupyansk istiqamətində hücuma keçir və təşəbbüsü bizdən almağa çalışır. Düşmənin artilleriya atəşinin artması təsbit olunur. Şiddətli döyüşlər davam edir. Bizim qoşunlar düşmənin irəliləməsinə imkan vermir”.

USQ-nin Zaporojye və Donestkdə hücum cəhdləri haqqında Rusiya Müdafiə Nazirliyi də xəbər verir. Qurumun rəsmi nümayəndəsi İqor Konaşenkov USQ-nin Donetsk istiqamətində dörd, Zaporojye və Donetsk vilayətlərinin kəsişdiyi Vremevsk çıxıntısında üç, Zaporojye vilayətində Malaya Tokmaçka rayonunda iki hücumunun dəf edildiyini söyləyib. İtirilmiş ərazilər haqqında heç nə deyilməyib.

https://toplum.tv/dunya/pukrayna-muumlharibesinin-koumlkleri-ve-putinden-sonra-rusiyanin-taleyi-nece-olacaqp

Hər iki tərəf qarşı tərəfin böyük itkilər verdiyini elan edir.

“Oryx” hərbi analitika portalının həqiqiliyi təsdiqlənmiş foto və videolara əsaslanan məlumatına görə, iyunun əvvəlindən Rusiya 129 ədəd texnika, o cümlədən 32 tank itirib. Ukrayna isə 24 tank olmaqla 155 ədəd texnika itirib.

Ukrayna ordusunun Zaporojye və Donetskin bir hissəsində fəallaşmasından sonra hərbi əməliyyatların ümumi mənzərəsi getdikcə aydınlaşır.

USQ cəbhə xəttinin müxtəlif məntəqələrində - Kaxovka su anbarının sahilində yerləşən Vasilyevka şəhərindən Donetsk vilayətinin qərb hissəsinə qədər – Rusiya müdafiəsinin birinci səddinə hücum edir.

Bəzi yerlərdə ukraynalı hərbçilər irəliləyə biliblər və Rusiya ordusunun dayaq məntəqələri daxil olmaqla bir neçə yaşayış məntəqəsini tutublar.

Eyni zamanda USQ-nin Baxmutdan şimalda və cənubda basqısı azalmır – onlar şəhərin mühasirəsi təhlükəsini yaradıblar və bunu ardıcıl şəkildə həyata keçirərək Rusiya komandanlığını bu istiqamətə də ehtiyat qüvvlər göndərməyə məcbur edirlər. Ukrayna qüvvələrinin Dneprin sağ sahilində Novaya Kaxovka rayonunda toplanmaları barədə də xəbərlər gəlir.

Rusiya ordusu Kupyansk və Liman istiqamətində cavab təhlükələri yaradır, eləcə də Donetsk şəhəri ətrafında USQ-nin iri dayaq məntəqələri olan Avdeyevka və Maryinkanı ələ keçirmək cəhdlərinə ara vermir.

Amma əsas diqqət yenə də Zaporojye vilayətinə yönəlib. Burada iyunun əvvəlindən qızğın döyüşlər gedir, vəziyyət isə ziddiyyətli görünür.

Orada nə baş verir və döyüşən tərəflərin planı nədir?

Rusiya

Ukraynanın cənubunda hücum əməliyyatları keçirmək üçün yetərincə resursa malik olmayan Rusiya komandanlığı hələ keçən ildən orada strateji müdafiəyə çəkilib. 

Onlar Xerson, Zaporojye vilayətlərində və Donetsk vilayətinin bir hissəsində cəbhə xəttinin böyük uzunluğunu (əgər Dneprin mənsəbindən Volnovaxa rayonuna qədər sayılsa, 450 kilometrdən çox) nəzərə alaraq qərb cinahında təbii su səddinə, şərq cinahında isə güclü müdafiə istehkamlarına ümid bəsləyirlər.

Qeyri-rəsmi “Surovikin xətti” adını alan bu istehkamlar səngərlərin, blindajların, tank əleyhinə xəndəklərin və beton dirəklərin, başqa maneələrin şaxələnmiş şəbəkəsi, eləcə də geniş mina sahələridir.

Ən azı üç müdafiə xətti yaradılıb, onlar hər yerdə bir-birilərinə paralel deyillər, hər biri ayrıca funksiya yerinə yetirir.

Kamenskoye – Rabotino – Poloqi – Staromlınovka – Volnovaxa şərti xətti ilə keçən birinci sədd əməliyyat zonasıdır. Burada müdafiə olunan qoşunların sayı nisbətən çox deyil, amma mina sahələri məhz burada daha çoxdur.

Müdafiənin birinci səddinin vəzifəsi – düşmənin hərəkətini dayandırmaq, ya da heç olmasa ləngitməkdir. Əgər hücuma böyük qüvvələrlə keçilərsə, əlavə mina-fuqas maneələri yaratmaqla, artilleriya və aviasiyanın atəşini korrektə etməklə ona mümkün qədər böyük tələfat yaşatmağa nail olmaq, eləcə də mövqeləri və möhkəmləndirilmiş rayonları imkan çatana qədər saxlamaq, müdafiənin ikinci xəttinə hücum üçün platsdarm əldə etməyə imkan verməməkdir.

Məqsəd hücum edən Ukrayna hissələrini taqətdən salmaq, müdafiənin birinci xəttini yarandan sonra əsas hərbi texnikanın və canlı qüvvənin yerləşdiyi ikinci xəttə hücum etmək üçün qüvvəsinin və vasitələrinin çatışmamasına nail olmaqdır.

Ən pis halda isə daha bir, üçüncü müdafiə xətti var.

Ukrayna

“Surovikin xətti” kimi istehkamların inşasını gizlətmək mümkün deyil. Görünür, böyük hücuma hazırlaşan Ukrayna generalları da onun haqqında bilirdilər və ilk hüdudda böyük qüvvələrlə ilişib qalmaq təhlükəsini dərk edirdilər.

Ukraynaya rəğbət bəsləyən bir çoxlarının gözlədiyi bir nöqtəyə yönəlmiş qətiyyətli zərbə əvəzinə, USQ komandanlığı, hər şeydən göründüyünə görə, Zaropojye və Donetskdəki Rusiya müdafiəsini tədricən sındırmağı qərara alıb.

Əməliyyatın birinci mərhələsində döyüşə nisbətən az qüvvələr, amma cəbhənin bütün uzunluğu boyu atılıb. Bununla yəqin ki, bir neçə məqsəd güdülür.

Birincisi, Rusiya müdafiəsini dartıb uzatmaq və onun logistikasını çətinləşdirmək. İndi cəbhə xətti elədir ki, Ukrayna qoşunları sanki şərti çevrənin içində, Rusiya qoşunları isə onun kənar tərəfindədirlər. Belə konfiqurasiya USQ-nin əlinə oynayır, logistika məsafəsinin daha qısa olması sayəsində onun manevr etməsi, sursat və texnikanı ön cəbhəyə çatdırması Rusiya ordusunda olduğundan daha asan və sürətlidir.

https://toplum.tv/dunya/paleksandr-qabuyev-ccedilin-tezlikle-rusiya-qarsisinda-istenilen-serti-qoya-bilecekp

İkincisi, USQ-nin ləng irəliləməsi nəticəsində formalaşan kiçik çıxıntılar, Rusiya müdafiəsinin içərilərinə uzanır və onun ikinci xəttinə yaxınlaşır, bununla da əsas qüvvələri döyüşə göndərmək üçün zəmin yaradır.

Rusiya və Ukrayna qüvvələri üçün əsas çətinliklər nədir?

Birinci zolaqda mina sahələrinin çoxluğu təkcə USQ-nin hücum hərəkətlərini deyil, fəal müdafiəni də çətinləşdirir.

Minalara görə cinah manevrləri çox vaxt mümkün olmur, ukraynalıları tutduğu mövqelərdən çıxarmaq cəhdləri ya üzbəz hücumlarla, ya da artilleriya atəşi ilə məhdudlaşır.

Müdafiə xəttinin böyük uzunluğu Rusiya komandanlığını təhlükəli nöqtələrə ehtiyat qüvvələri vaxtında göndərmək, onlardan qənaətlə istifadə etmək və bu zaman başqa istiqamətləri müdafiəsiz saxlamamaq zərurəti qarşısında qoyur.

Bu arada daha əvvəl ikinci eşalonda mövqe tutan rus qüvvələrinin döyüşə göndərilməsi barədə çoxsaylı xəbərlər gəlir. Halbuki onlar, Rusiya komandanlığının planına görə, Ukrayna zirehli texnikasının və USQ-nin daha hazırlıqlı qüvvələrinin əsas zərbəsini dəf etmək üçün nəzərdə tutulmuşdular.

Britaniya hərbi kəşfiyyatının məlumatlarına görə isə Rusiya daha əvvəl Dneprin sol sahilində mövqe tutan qüvvələrini Zaporojyeyə göndərməyə başlayıb.

Ukrayna ordusu üçün də asan deyil. Hücum əməliyyatları zamanı qaçılmaz olan itkilərlə, eləcə də Rusiyanın hava üstünlüyü ilə hesablaşmaq lazımdır. USQ həm hərbi təşəbbüsü, həm də Rusiya müdafiəsinin əsas xəttini – ona hələ çatmaq lazımdır - yarmaq üçün özünün zərbə qüvvələrini saxlamalıdır. 

Bundan əlavə, əsas “Surovikin xətti”nə bir nöqtədə çatmaq kifayət deyil. Çünki bu halda zərbənin istiqaməti düşmən üçün sirr olmayacaq. Bunu 3-4, bəlkə də daha çox istiqamətdə etmək lazımdır.

Hətta bu da müvəffəqiyyətə təminat vermir. Hələlik isə Ukrayna ordusu özünün ləng hücumunu davam etdirir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo