Dünya

Ukraynanın müdafiə naziri: 2024-cü il üçün güclü planımız var 

26 Fevral, 2024
156

Açıq mənbələrdən götürülüb

Rustem Umerov

Ukrayna Silahlı Qüvvələrinin 2024-cü il üçün nəticə verəcək “güclü” müharibə planı var. 

Toplum TV "Meduza.io"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “Ukrayna. 2024-cü il” adlı konfransda bildirib: 

“Artıq 2024-cü il üçün plan var. Biz bu barədə açıq danışmırıq. Bu güclü plandır, nəinki ümid verir, hatta 2024-cü ildə nəticə verəcək”. 

https://toplum.tv/dunya/pzelenskinin-b-plani-yoxdurp

Eyni zamanda, nazir Qərb müttəfiqləri tərəfindən Kiyevə ayrılan hərbi yardımın və silahların gecikmələrlə çatdırılmasından şikayətlənib, onun sözlərinə görə, ayrılan hərbi yarımın 50%-i vaxtında çatdırılmır:

"Rusiya büdcəsinin 15%-ə qədərini müharibəyə sərf edir. Ukraynaya ayrılan vəsait gecikdikcə, biz şəxsi heyəti və ərazimizi itiririk".

Umerov hesab edir ki, müttəfiq dövlətlər tədarükləri vaxtında təmin etməlidirlər, çünki bəşər tarixində heç vaxt müharibənin hava üstünlüyü olmadan aparıldığı hal olmayıb: 

"Biz plana uyğun işləyirik, mümkün və mümkün olmayan hər şeyi edirik, lakin vaxtında çatdırılma olmayanda işimiz çətinləşir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo