Açıq mənbələrdən götürülüb
LGBTQ+
Uqanda Prezidenti Yoveri Museveni eynicinsli münasibətlərə görə ömürlük həbs və bəzi hallarda ölüm cəzasını nəzərdə tutan qanun layihəsi imzalayıb.
Toplum TV BBC-yə istinadən xəbər verir ki, bu, LGBTQ+ nümayəndələrinə qarşı ən qəddar qanunlardan biridir.
Ölüm cəzası qarşı tərəfin razılığı olmadığı təqdirdə, habelə yetkinlik yaşına çatmayanlara, psixi pozğunluğu və fiziki məhdudiyyəti olan şəxslərə qarşı cinsi xarakterli əməllər, həmçinin təqsirləndirilən şəxsin QİÇS analizi müsbət çıxdığı hallar üçün nəzərdə tutulub.
https://toplum.tv/multimedia/pbakida-lgbt-feallari-aksiyaya-cehd-edibp
Uqanda parlamenti tərəfindən qəbul edilən qanun layihəsinin orijinal variantında özünü LGBTQ+ nümayəndəsi kimi təqdim etmə faktına görə cəza nəzərdə tutulurdu. Prezident onu yenidən baxılması üçün parlamentə göndərdikdən sonra bu bənd sənəddən çıxarılıb.
Uqanda parlamentinin spikeri Anita Amonq qanun layihəsinin "ailənin bütövlüyünü qoruduğu üçün xalqın çağırışlarına cavab verdiyini" söyləyib. O, məhkəmələri dərhal yeni qaydaların tətbiqinə başlamağa çağırıb.
Yeni qanun layihəsini bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, həmçinin QİÇS, Vərəm və Malyariya ilə Qlobal Mübarizə Fondu pisləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır