Rəsmi səhifə
"Avropa ötən illərdə olduğu kimi enerji qiymətlərinin artması səbəbindən sadəcə pul çap etməyə məcbur olacaq".
Bu sözləri oktyabrın 12-də Rusiya Enerji Həftəsi forumunun plenar iclasındakı çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. Çıxış Kremlin teleqram-kanalında canlı yayımlanıb.
Prezidentin sözlərinə görə, son bir ildə Avropa İttifaqında (Aİ) pul kütləsi bir trilyon avroya yaxın artıb: “Enerji resurslarının qiyməti üç dəfə bahalaşdığına görə inflyasiya zəncirvari artır”.
Putin onu da vurğulayıb ki, enerji qiymətlərinin qalxması Ukraynada xüsusi hərbi əməliyyatla bağlı deyil. O, bunda sadəcə Qərbin siyasətinin günahkar olduğunu bildirib.
Rusiya lideri çıxışında “Şimal axını”ndakı təxribata da toxunub və bu təxribatın arxasında Rusiyanın Aİ ilə əlaqələrini kəsmək niyyətinin dayandığını irəli sürüb.
“Mədəni şirkətlərdə deyildiyi kimi, “highly likely”, bunun arxasında kimin durduğu məlumdur”, - Putin deyib və əlavə edib ki, baş verənlərdən əsas xeyri ABŞ götürüb, çünki o, hazırda enerji resurslarını yüksək qiymətlərlə satır.
O, “Şimal Axını”ndakı təxribatı beynəlxalq terror aktı adlandırıb.
Dövlət başçısı çıxışında Rusiyanın enerji resurslarını Avropaya tədarük etməyə hazır olduğunu da açıqlayıb.
Onun sözlərinə görə, “Şimal Axını”nın qollarından biri, görünür, işlək vəziyyətdədir, Moskva onun vasitəsilə tədarükləri həyata keçirə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür