açıq mənbədən götürülüb
Rusiya prezidenti Vladimir Putin Mariupoldakı «Azovstal» sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.
Bu barədə "Tass” məlumat yayıb.
Məlumata görə, prezident bu barədə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu ilə görüşündə deyib.
"Mən sənaye zonasına təklif edilən hücumu məqsədəuyğun hesab etmirəm və onun ləğv edilməsini əmr edirəm", - Putin deyib.
Putin bu əmri rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib: “Əsgər və zabitlərimizin həyatı və sağlamlığının qorunması haqqında düşünməliyik. Bu katakombalara girmək, sənaye obyektlərində torpağın altında sürünmək lazım deyil. Bu sənaye zonasını elə qapadın ki, milçək də keçə bilməsin”.
Şoyqu Putinə bildirdi ki, Mariupol bütünlüklə nəzarət altındadır, yaraqlılar “Azovstal” zavodunun ərazisində təhlükəsiz şəkildə bloklanıblar.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”