Dünya

Putin Baydenin qızını Rusiyaya buraxmayacaq 

28 İyun, 2022
845

Sosial media

Rusiya Xarici İşlər Nazirliyi daha 25 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub. 
 
Bu barədə iyunun 28-də “news.cgtn” məlumat yayıb. 
 
Siyahıya ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden, qızı Eşli Bayden, Senat üzvləri, Stenford, Yell və Harvard universitetlərinin əməkdaşları daxildir. 
 
Daha əvvəl 936 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulmuşdu. 
 
Bu ilin aprelində ABŞ isə Vladimir Putinin ailəsinə eləcə də Rusiyanın ən böyük dövlət və özəl banklarına qarşı yeni sanksiyalar elan edib. 
 
Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebneva ilə iki yetkin qızı Mariya Vorontsova və Katerina Tixonovayanın da adı siyahıda var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo