Dünya

Putin "Bayraktar"ın istehsalçısıyla əməkdaşlıq etmək istəyir

27 İyul, 2022
137

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin məşhur “Bayraktar” pilotsuz uçuş aparatları istehsalçısı olan “Baykar” şirkəti ilə əməkdaşlıq etmək istəyir. 

"CNN Türk" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qurultayında deyib.

"Putin mənə "Baykar"la işləmək istədiyini söylədi. O, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi Rusiyada da zavod qurmağı təklif etdi", - Ərdoğan bildirib.

https://toplum.tv/dunya/erdogan-qerb-siyasetcilerinin-putine-munasibetini-tenqid-edib

Avqustun 5-də Türkiyə Prezidenti Soçidə Rusiya Prezidenti ilə görüşməyi planlaşdırır. Türkiyə KİV-i xəbər verir ki, tərəflər dronlarla bağlı əməkdaşlığı da müzakirə edə bilərlər.

Daha əvvəl “Baykar”ın baş direktoru Haluk Bayraktar CNN-ə müsahibəsində şirkətin Rusiyaya PUA-lar satmaq fikrində olmadığını bildirmişdi.

Türkiyə istehsalı olan PUA-lar 2021-ci ildən Ukrayna ordusunda xidmətdədir. Müharibə başlayandan sonra türk silahlarının tədarükü Moskvanı narazı salmağa başlayıb. Nəticədə Türkiyə "Bayraktar"ların Kiyevə satışını təsnifləşdirib.

“Baykar”ın ortaq sahibi və texniki direktoru Səlcuq Bayraktar Ərdoğanın kürəkənidir.

Dünya

Yerevanda ticarət mərkəzində partlayış: ölən və yaralananlar var

14 Avqust 2022
Ermənistanın paytaxtı Yervanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. "Armenpress" ölkənin Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat yayıb ki, partlayış zamanı 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb Bununla belə qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib.  Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.  Hazırda ərazidə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib  Ermənistan FHN xəbər verir ki, 1 nəfər ölüb, ən azı 20 yaralı var. Rəqəmlərin artacağı istisna olunmur.
Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...

Seçilmiş Videolar

Toplum TV loqo