Açıq mənbələrdən götürülüb
Rusiya Prezidenti Vladimir Putin iyunun 9-da gənc sahibkarlarla görüşündə bildirib ki, I Pyotr 1700-1721-ci illərin Şimal müharibəsi zamanı İsveç ərazilərini qoparmayıb, “qaytarıb” və “möhkəmləndirib”.
Putin deyib ki, Pyotrun tutduğu ərazilərdə qədim dövrlərdən fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıb: “Bu yerlər həmişə Rusiya dövlətinin nəzarətində olub”.
Prezident 1703-cü ildə əsası qoyulan Sankt-Peterburq şəhərini də xatırladıb və deyib ki, Avropa ölkələri əvvəlcə bu torpaqları Rusiya ərazisi kimi tanımırdılar.
Bu günlərdə Rusiyada I Pyotrun anadan olmasının 350 illiyi qeyd olunur. O, Rusiya tarixşünaslığında sərt metodlarla dövlətin qüdrətini artıran və Qərbdən əxz etdiyi bir sıra islahatları həyata keçirən hökmdar kimi qəbul olunur. Onun fəaliyyətinin nəticələrindən biri 1721-ci ildə imzalanan Niştadt sülhünə əsasən, bəzi Baltikyanı ərazilərin İsveçdən alınaraq Rusiyaya birləşdirilməsidir. Həmin ərazilərin bir hissəsi, məsələn, müasir Estoniya Respublikasının ərazisi və Latviyanın bir hissəsi əvvəllər heç vaxt nə Rusiyanın, nə də rus knyazlıqlarından hansınınsa tərkibində olmayıb.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?