Sosial Media
"Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın sürətli və sərt olacağını bilməlidir".
TASS-ın aprelin 21-də verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə xalqa müraciəti zamanı deyib.
"Bizim yetərincə səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq heç kimin qırmızı xətti keçməyəcəyinə ümid edirəm. Bə bunun harada baş verəcəyini isə biz özümüz müəyyənləşdirəcəyik. Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar" deyən Rusiya prezidenti həmçinin əlavə edib ki, "Kimsə dialoq aparmaq istəmirsə, eqoist və özündənrazı ton seçirsə, Rusiya həmişə öz mövqeyini qorumaq üçün yol tapacaq”.
Putin müxtəlif ölkələrin Rusiyanı hədəfə almaq cəhdlərini ironiya ilə “yeni idman növü” adlandırıb.
O, çıxışında həmçinin Rusiyanın Dağlıq Qarabağda münaqişənin dayandırılmasında “həlledici rolunu” vurğulayıb.
"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb", - deyə Putin bildirib.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?