Dünya

Putin həqiqətən nüvə silahından istifadə edə bilərmi?

28 Sentyabr, 2022
3355

Açıq mənbələrdən götürülüb

Ukraynada böyük miqyaslı müharibənin başlamasından sonra Vladimir Putin, eləcə də Rusiyanın xeyli məmuru, siyasətçisi və təbliğatçısı Qərbi nüvə silahı ilə təhdid edir. Bəzən bu barədə üstüörtülü danışırlar, bəzən də açıq-aşkar. Putin növbəti dəfə bu hədəni lap yaxınlarda, sentyabrın 21-də, Rusiyada “qismən səfərbərlik” bəyanatında səsləndirdi.

“Meduza” onun həqiqətən də nüvə silahına əl ata biləcəyi və bunun nə kimi nəticələr doğuracağı haqqında Kanadanın Kuins universitetinin beynəlxalq və hərbi siyasət mərkəzinin elmi əməkdaşı, Rusiyanın nüvə siyasəti üzrə ekspert Maksim Starçakla söhbət edib. Müsahibəni "Toplum Tv" oxucularına azərbaycan dilində təqdim edirik. 

- Nüvə silahının təcavüzkar və güzəştə meyli olmayan adamların əlinə keçdiyi halda dünyanın hansısa balans və əyləc sistemi varmı? Belə sistem prinsipcə mümkündürmü?

- Deyərdim ki, yox. Nəzəri cəhətdən Putin hər şey edə bilər. Nüvə dövləti statusu onun üçün hərbi cəzasızlıq mühiti yaradır.

Qarşılıqlı təminatlı məhv deyilən doktrina var. Bu doktrinaya görə, yetərincə nüvə başlıqlarına malik tərəflərdən birinin digərinə qarşı nüvə silahı (NS) işlətməsi cavab atəşinə səbəb olacaq və beləliklə, həm hücum edənin, həm müdafiə olunanın məhvi ilə nəticələnəcək. 

SSRİ və ABŞ münasibətlərini bu əsasda qururdular, indi də bu, RF və ABŞ arasında hərbi təhlükəsizliyin bazisidir. Hətta tərəflərin nüvə potensialı bərabər olmasa belə, cavab nüvə zərbəsi nüvə dövlətinə qarşı təcavüzdən çəkindirir. Nümunə: ABŞ-Şimali Koreya münasibətləri.

https://toplum.tv/dunya/rusiya-qoyulan-sanksiyalarin-dogrudanmi-tesiri-yoxdur

Ancaq bu, nüvə dövlətləri arasındadır. Nüvə dövləti qeyri-nüvə dövlətinə zərbə endirmək istəsə, bunu edə bilər. Hə, beynəlxalq qınaq olacaq, amma faktiki əngəllər yoxdur. 

NATO-nun qeyri-nüvə dövlətləri alyans nizamnaməsinin beşinci maddəsi ilə qorunurlar (birinə hücum hamıya hücumdur). Bəzi başqa ölkələr ikitərəfli kanallar üzrə yardıma ümid edə bilərlər. Məsələn, ABŞ ilə Yaponiya və Cənubi Koreya arasında birgə müdafiə haqqında ikitərəfli razılaşmalar mövcuddur. Rusiya KTMT və İttifaq dövləti (nəzəri cəhətdən Belarusla) çərçivəsində müvafiq dövlətlərin təhlükəsizliyini təmin edir.

Digər hallarda heç nə baş verməyəcək. Hərtərəfli diplomatik təzyiq göstərmək lazımdır. Deyəsən, Putinə təkcə Qərb deyil, Səmərqənd sammitinin göstərdiyi kimi, Hindistan, Çin və Şanxay Əməkdaşlıq Təşkilatının digər iştirakçıları basqı edirlər. 

Əgər qeyri-adekvat bir liderin nüvə müharibəsi başlaya bilib-bilməyəcəyi haqqında düşünsək, bunu etmək mümkündür, amma çətindir.

Rusiyada prezident nüvə silahının (NS) blokunun götürülməsi üçün kod siqnalı göndərməli və bununla ondan istifadəyə icazə verməlidir. Bu siqnal “nüvə çantası” deyilən portativ idarəetmə sistemi ilə ötürülür. Eyni qurğular müdafiə nazirində və Baş qərargah rəisində var. Faktiki olaraq, hər üç qurğudan siqnal gəldiyi halda, nüvə zərbəsi endirmək mümkündür. 

Bundan sonra siqnal Baş qərargahın xüsusi xidmətinə daxil olur, oradan öz növbəsində ixtiyarında nüvə silahları olan konkret komandanlığa ötürülür. Komandanlıqdan da atəş açmağa məsul konkret zabitə əmr gedir. Bundan əlavə, prezidenti həmişə “nüvə çantası”na görə məsuliyyət daşıyan Baş qərargah zabitlərinin qrupu müşayiət edir. 

Zəncir yetərincə uzundur, sanki axmaqlıqdan müdafiə mövcuddur. Digər tərəfdən, əgər prezident və müdafiə naziri ilə əlaqə yoxdursa, Baş qərargah rəisi nüvə zərbəsi haqqında müstəqil qərar qəbul edə bilər. 

Taktiki NS-na gəldikdə isə, zəncir daha uzundur. Qoşunlarda taktiki döyüş başlığı yoxdur. Onu mərkəzləşdirilmiş saxlama anbarından götürmək, daşımaq, daşıyıcını hazırlamaq, yükləmək, hərbçilərə təlimat keçmək lazımdır. Bu, uzun zəncirdir və hər mərhələsində gerçəkdən lazım olması barədə şübhələr yarana bilər. Digər tərəfdən, bütün bunlar izlənilir. ABŞ və NATO kəşfiyyatı dərhal aşkar edəcək. 

- Putinin əmrini yerinə yetirməyə bilərlərmi? Yoxsa bu, fantastik ssenaridir?

- Belə ssenarilər ola bilər. Həm də müxtəlif ssenarilər mümkündür. Artıq dediyim kimi, əmrdən icraya qədər zəncir uzun olacaq. Komandanlıq səviyyəsində də, praktiki atəş açacaq zabitlər səviyyəsində də. Bir əhvalat danışmaq istəyirəm. 1962-ci ilin Karib böhranı zamanı B-59 sovet sualtı qayığı ABŞ təyyarələrinin hücumuna məruz qalır. Ali hərbi komandanlıqla operativ rabitəsi olmayan qayıq nüvə zərbəsi haqqında müstəqil qərar verə bilərdi. Bunun üçün kapitan və daha iki zabitin razılığı lazım idi. Bombardmana məruz qalan kapitan nüvə müharibəsinin başladığını düşünür və öz müavinin razılığı ilə NS-dan atəşi açmaq istəyir. Amma üçüncü zabit veto qoyur. 

Beləliklə, nüvə zərbəsi haqqında qərarı insanlar qəbul edəcəklər. İnanmaq istəyərdim ki, rasionallıq emosiyalara üstün gələcək. 

- Vladimir Putin NS ilə çox rahatlıqla təhdid edir. Ən yeni tarixdə belə situasiyalar olubmu? Onlardan necə çıxıblar?

- Hətta soyuq müharibə zamanı NS-dan mümkün istifadədən bəhs edən ritorika olmayıb. O zaman hamı başa düşürdü ki, NS var və istifadəsi mümkündür. Ciddi şəkildə anlayırdlar ki, bir tərəfin nüvə zərbəsi digərinin cavab nüvə zərbəsinə səbəb olacaq, bu isə qarşılıqlı məhvə aparacaq. Heç kəs də bunu yersiz dilinə gətirmirdi. 

Putinin nüvə ritorikası çoxdan Qərbi də, Şərqi də şoka salıb. Amma bununla heç nə etmək olmaz. Yəqin ki, bu ümidsizlikdəndir, dünyanın, Rusiyanın bu dünya ilə əlaqələrinin inkişafının Putin istəyən kimi getməməsindəndir. Bu, xarici rəhbərləri bir qədər məyus, bir qədər şok edir, amma artıq Putinin müdhiş təbiəti kimi qəbul olunur. Təzə bir şey deyil. 

- Əgər Rusiya NS-na əl atsa, bu, mütləq digər ölkələrin nüvə cavabına səbəb olacaq? Yoxsa başqa ssenarilər mümkündür? Rusiyanı kim vuracaq, ABŞ, yoxsa NS olan bütün ölkələr? 

- Nə ABŞ, nə NATO Rusiya ilə birbaşa hərbi toqquşma arzulamırlar və NS-dan istifadə olunmayacağına ümid edirlər. Amma zərbə olarsa, hərbi reaksiya olacaq. Qərb ölkələrinin ictimaiyyəti NS-dan istifadənin cəzasız qalmamasını gözləyir. Rusiyanın cəzalandırılmasını tələb edəcəklər.

Yəqin ki, ABŞ hadisələrin belə inkişafı ilə bağlı öz reaksiyasının variantlarını hazırlayır. Bir neçə variant ola bilər. NATO qüvvələrinin Ukraynaya daxil olması, Ukraynadakı rus qoşunlarına qeyri-nüvə zərbəsi, ABŞ-ın taktiki NS ilə Rusiya qoşunlarının vurulması və s. Düşünürəm ki, belə ssenarilər artıq Putinin nəzərinə çatdırılıb və ilk növbədə nüvə zərbəsindən çəkindirmək üçün müxanizm rolunu oynamalıdırlar.  

Hə, Tramp zamanında ABŞ-ın nüvə strategiyası konfliktin yekunlaşması və ya strateji sabitliyin bərpası üçün nüvə zərbəsini mümkün hesab edirdi. Amma çətin ki, indi də belə olsun, xüsusən də digər nüvə dövlətinə qarşı. Nüvə müharibəsinin başlamasını heç kim istəmir, gerçək hərbi cavab ehtiyatlı və məhdud olacaq. 

https://toplum.tv/dunya/rejimler-deyisende-niye-heykeller-yixilir

- Başqa sözlə, hətta NS-dan istifadə olunacağı halda Üçüncü dünya müharibəsinin başlaması ehtimalı aşağıdır?

- Bu, Putinə nə ilə cavab veriləcəyindən asılı olacaq. NATO birbaşa cəlb olunmazsa, mümkün deyil. Ümid edirəm, hətta NATO-nun məhdud hərbi cavabı dünya müharibəsinə çevrilməyəcək. Amma bu ssenari zamanı hadisələrin necə cərəyan edəcəyini əvvəlcədən söyləmək olmaz. 

- Aydındır ki, NS-dan istifadə çox böyük eskalasiyadır. Nəzəri cəhətdən, ondan əvvəl hansı hadisələr olmalıdır?

- Məncə, səfərbərliyin seçilməsi bir növ nüvə zərbəsindən qurtulmaqdır. Putin səfərbərliyi seçməklə sanki Ukrayna məsələsini canlı qüvvə ilə həll edəcəyini söyləyir. Əgər şərti 300 min kömək etməzsə, səfərbərliyin ikinci mərhələsi, ya da tam səfərbərlik keçirilə bilər. Rusiya çoxmilyonluq səfərbərlik ehtiyatına malikdir və bu, Ukraynaya qarşı yetməlidir. Ukrayna məsələsini NS vasitəsilə həll etməyin gerçəkdən nəzərdən keçirildiyini düşünmürəm. NS-dan əlavə Putinin Ukrayna qarşısında başqa bir üstünlüyü də var -  özünün 140 milyonluq əhalisi. 

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo