Dünya

Putin Kadırova general-polkovnik rütbəsi verdi

5 Oktyabr, 2022
159

Açıq mənbələrdən götürülüb

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov general-polkovnik rütbəsi alıb. 

Bu barədə o, oktyabrın 5-də özünün "Teleqram" kanalında məlumat verib. 

Onun sözlərinə görə, yeni təltiflə bağlı xəbəri ona Rusiya prezidenti Vladimir Putin çatdırıb. Bu, Kadırovun Ukraynada keçirilən xüsusi əməliyyat zamanı aldığı ikinci rütbədir, martın sonunda o, general-leytenant rütbəsi almışdı. 

https://toplum.tv/dunya/kreml-rusiya-herbcilerinin-geri-cekildiyi-eraziler-geri-qaytarilacaq

“Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi.  Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verib və məni təbrik edib", - deyə Çeçenistan rəhbəri yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İsrail və ABŞ İrana zərbələr endirmək üçün təlimlərə başlayır

29 Noyabr 2022

Reuters

İsrail Müdafiə Nazirliyi ABŞ-la birlikdə İrana zərbələrini imitasiya edən silsilə hava təlimləri keçirəcək.  Toplum Tv “The Times of Israel”-ə istinadən məlumat bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb.  Nəşrin məlumatına görə, manevrlər nazir Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb. https://toplum.tv/siyaset/pentaqon-azerbaycanla-herbi-emekdasligi-muzakire-edir İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək, onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”. Bundan əvvəl bildirilmişdi ki, İsrail Rusiya ilə İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın güclənməsindən narahatdır və bu, Tehranın nüvə silahı yaratmasına...
Dünya

Türkiyə Suriya kəşfiyyatı ilə əməkdaşlığa başlayıb

29 Noyabr 2022

DW

Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Suriya kəşfiyyatı ilə əlaqələrin davam etdiyini açıqlayıb. Toplum TV xəbər verir ki, Kalın bu barədə "AHaber" telekanalına müsahibəsində bildirib. https://toplum.tv/dunya/turkiye-ukraynaya-elektrik-enerjisi-vere-biler "Suriya ilə kəşfiyyat orqanları səviyyəsində əlaqə saxlayırıq, kəşfiyyatımızın rəhbəri ehtiyaclarımızın bir hissəsi olaraq suriyalı həmkarla koordinasiyanı müzakirə edir", - deyə o qeyd edib.  Kalın həmçinin vurğulayıb ki, Türkiyənin Suriyada mübarizə apardığı terrorçu qrupların yaratdığı təhlükələri minimuma endirmək üçün kəşfiyyat xidmətləri ilə təmaslarını davam etdirəcək. O əlavə edib ki, bu, ilk növbədə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) aiddir.

Seçilmiş Videolar

Toplum TV loqo