açıq mənbədən götürülüb
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə telefon danışığı zamanı xarici işlər naziri Sergey Lavrovun yəhudilər və antisemitizm barədə fikirlərinə görə üzr istəyib.
Bu barədə Bennetin dəftərxanası məlumat yayıb.
“Baş nazir Prezident Putinin Lavrovun sözlərinə görə üzrlərini qəbul edib, yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyi üçün Prezidentə təşəkkür edib”, - deyə danışıqlar barədə xəbərdə deyilir.
Kremlin saytında Rusiya prezidentinin üzr istəməsi barədə məlumat yoxdur. Orada deyilir ki, Putin Benneti İsrailin müstəqillik günü münasibətilə təbrik edib, onunla Ukraynadakı müharibəni, xüsusən də Mariupoldakı “Azovstal” zavodundan insanların təxliyəsini müzakirə edib.
Kreml həmçinin iki ölkə liderinin yaxınlaşan Qələbə gününü – 9 Mayı müzakirə etdiklərini xəbər verir. Rusiya prezidenti “40 faizi sovet vətəndaşları olan 6 milyon yəhudinin” nasistlər tərəfindən öldürülməsini xatırladıb, “İsraildə yaşayan veteranlara sağlamlıq və firavanlıq diləklərini çatdırmağı xahiş edib”.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”