kremin.ru
Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitindəki çıxışı zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) təşkilatda müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib.
“TASS”ın məlumatına görə, Prezident Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB məkanında təbii tərəfdaşlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Putin onu da qeyd edib ki, KTMT payızda birgə hərbi təlimlər planlaşdırır. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək.
Mayın 15-də Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır.
Putin sammitdəki çıxışı zamanı post-sovet məkanında "ABŞ-ın bioloji laboratoriyalar yaratmasının məqsədi"ndən də danışıb.
O, bildirib ki, məqsəd bioloji materialların toplanması və virusların yayılma xüsusiyyətlərinin öyrənilməsidir.
Dövlət başçısı xatırladıb ki, Rusiya uzun müddətdir ki, Amerikanın postsovet məkanında hərbi-bioloji fəallığından narahatdır:
“Bildiyiniz kimi, Pentaqon bizim bölgədə onlarla ixtisaslaşdırılmış bioloji laboratoriya və mərkəzlər yaradıb. Onların heç biri fəaliyyətə başladıqları ölkələrin əhalisinə tibbi yardım göstərməklə məşğul deyillər”.
Rusiya Prezidenti bugünkü nitqində Finlandiya və İsveçin NATO-ya daxil olması ehtimalından da danışıb. O, bunun Rusiya üçün birbaşa təhlükə yaratmadığını qeyd edib. Dövlət başçısı, Rusiyanın iki ölkənin hökumətləri ilə heç bir probleminin olmadığını vurğulayıb: “Ancaq bu ərazidə hərbi infrastrukturun genişləndirilməsinə bizim cavabımız olacaq. Bu cavabın necə olacağı isə bizə hansı təhlükələrin yaradılmasından asılı olacaq”.
Qeyd: Azərbaycan daxil olmaqla bir sıra keçmiş sovet ölkələri Rusiyanın bioloji laboratoriyalarla bağlı iddialarını rədd edib. Həmçinin ABŞ da bu iddiaların rəsmi Moksvanın qara piarı olduğunu bəyan edib və ittihamları rədd edib. Bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də Rusiyanın iddialarını təkzib edən bəyanat yayımlamışdı.
Sosial media
BBC
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"