Dünya

Putin Paşinyanla Qarabağ məsələsini müzakirə edib

2 Avqust, 2022
132

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edərək Qarabağla bağlı razılaşmaları müzakirə edib.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının bəzi praktiki aspektləri müzakirə edilib”, - Kremlin mətbuat xidmətindən avqustun 2-də verilən məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, siyasətçilər müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

https://toplum.tv/siyaset/ermenistan-lacindan-yan-kecen-yolun-tikintisine-baslayir

May ayında Nikol Paşinyan ölkəsinin təcridinə son qoymaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq qərarına gəlib. Bundan sonra Yerevan və Bakı sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradıblar. 

Son günlərdə isə Azərbaycan və Ermənistan sərhədində gərginlik artıb. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində atəşkəsin intensiv şəkildə pozulmasına dair məlumatlar yayıb. 

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo