Dünya

Putin “Qəhrəman ana” titulunu bərpa etdi

16 Avqust, 2022
379

RIA Novosti

Rusiya Prezidenti Vladimir Putin ölkədə “Qəhrəman ana” titulunun bərpa edilməsi haqqında fərman verib. 

"Meduzo.io" xəbər verir ki, bu ad Rusiya vətəndaşı olan 10 və daha çox uşaq dünyaya gətirən və böyüdən şəxslərə veriləcək. Titul onuncu uşaq bir yaşına çatan zaman və qalan doqquz uşağın hamısının bu vaxta qədər sağ olması şərti ilə veriləcək

“Qəhrəman Ana” adı almış qadınlara eyniadlı orden və bir milyon rubl məbləğində birdəfəlik ödəniş də veriləcək.

https://toplum.tv/dunya/almaniya-kansleri-ukraynadaki-muharibeye-gore-sexsen-putin-mesuliyyet-dasiyir

“Qəhrəman ana” titulu Rusiya Federasiyasının ən yüksək titulları siyahısına, “Rusiya Qəhrəmanı” və “Əmək Qəhrəmanı” titulları ilə yanaşı daxil ediləcək.

 “Qəhrəman ana” titulu SSRİ-də 1944-cü ildən verilirdi. Onu 10 və daha çox uşaq dünyaya gətirən və böyüdən analar ala bilərdi. Titul sahiblərinə xüsusi sərəncamla güzəştlər edilirdi. Ümumilikdə SSRİ-nin 400 mindən çox sakini "Qəhrəman ana" adını almışdı. Sovet İttifaqının dağılmasından sonra o, Rusiya mükafat sistemində qorunub saxlanılmadı.

2022-ci ilin iyununda isə Vladimir Putin “Ana Qəhrəman” titulunun bərpası ideyasını dəstəklədi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo