açıq mənbədən götürülüb
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, əgər “kənardan” kimsə Ukraynadakı vəziyyətə müdaxilə edərsə və Rusiya üçün strateji xarakterli yolverilməz təhdidlər yaradarsa, Moskva “ildırımsürətli zərbələr” endirəcək.
"Radio Svoboda"nın məlumatına görə, Rusiya lideri belə zərbələrlə bağlı bütün qərarların artıq qəbul edildiyini söyləyib.
Putinin “qarşılıqlı cavab zərbələri” adlandırdığı zərbələr nüvə silahından istifadə ilə bağlı işlənilir.
Rusiya Prezidenti hansı hədəflərə və hansı silahla ildırımsürətli zərbələr endiriləcəyini söyləməyib. Nüvə silahının da adını çəkməyib, amma Rusiyanın potensial rəqiblərində olmayan hansısa silahdan danışıb.
Putin strateji xarakterli yolverilməz təhdid dedikdə nəyi nəzərdə tutduğunu da dəqiqləşdirməyib. Rusiya hərbi doktrinasına görə, Moskva dövlətin mövcudluğunu təhlükə altına ala biləcək təcavüzlə üzləşdiyi halda nüvə silahından birinci istifadə edə bilər.
Ukraynada müharibəsindən danışan Putin məqsədinin Rusiya, Krım və qondarma DXR, LXR sakinlərinə sülh və təhlükəzislik təmin etmək olduğunu bildirib. Əvvəllər tez-tez işlədilən demilitarizasiya və denasifikasiya terminləri daha xatırlanmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə