Açıq mənbələrdən götürülüb
Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitindəki çıxışı zamanı Qərb ölkələrinin sanksiyalar siyasətindən əl çəkəcəyinə ümid etdiyini bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Bizim siyasətimizdə hansısa eqoizm yoxdur, ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da eyni prinsiplər üzərində siyasət quracaqlar, proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən istifadəni dayandıracaqlar”, - deyə Putin bildirib.
https://toplum.tv/dunya/qazaxistan-paytaxtina-astana-adi-geri-qaytarildi
Sentyabrın 16-da cümə günü ŞƏT-ə daxil olan ölkələrin liderləri dar tərkibdə görüş keçirəcək. Daha sonra onlar geniş tərkibdə iş üçün toplaşacaq, mühüm qlobal və regional məsələlər üzrə iştirakçı ölkələrin mövqelərini əks etdirən Səmərqənd Bəyannaməsini imzalayacaqlar.
Sentyabrın 16-da Rusiya Prezidentinin Hindistanın baş naziri Narendra Modi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb