Dünya

Putin: Rusiya ordusu xalq üçün döyüşür

9 May, 2022
68

Tass

Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Donbassda xalqın, vətənin təhlükəsizliyi üçün döyüşür.

“Tass” yazır ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün, mayın 9-da keçirlən Qələbə paradından əvvəl Qırmızı Meydandakı çıxışı zamanı deyib.

“Bu günlərdə siz Donbassda xalqımız üçün, Vətənimizin - Rusiyanın təhlükəsizliyi üçün döyüşürsünüz”, - dövlət başçısı hərbçilərin parad heyətinə istinad edərək deyib.

Putin vurğulayıb ki, Rusiya qalib və cəsur nəsillərlə fəxr edir: “Bizim borcumuz nasizmi darmadağın edənlərin, bizə ayıq-sayıq olmağı vəsiyyət edənlərin xatirəsini yad etmək və qlobal müharibənin dəhşətinin bir daha təkrarlanmaması üçün hər şeyi etməkdir”.

Prezident bildirib ki, Rusiya Qərbi vicdanlı dialoqa çağırıb, amma hamısı boşa çıxıb:

"Dekabrda biz təhlükəsizlik zəmanəti sazişi bağlamağı təklif etdik, Rusiya Qərbi vicdanlı dialoqa, ağlabatan kompromis həll yolları tapmağa, bir-birinin maraqlarını nəzərə almağa çağırdı. Hamısı əbəs yerə! NATO ölkələri bizi eşitmək istəmədi”.

Putin əlavə edib ki, Qərb ölkələrinin bu cür mövqeyi əslində onların tamamilə fərqli planlarının olması deməkdir.

Putin əlavə edib ki, Rusiya Qərbdən fərqli olaraq vətənə sevgidən, imandan və ənənəvi dəyərlərdən heç vaxt vaz keçməyəcək. "Biz heç vaxt Vətən sevgisindən, əqidə və ənənəvi dəyərlərimizdən, əcdadlarımızın adət-ənənələrindən, bütün xalqlara və mədəniyyətlərə hörmətdən əl çəkməyəcəyik. Qərb isə belə görünür, bu minillik dəyərləri ləğv etmək qərarına gəlib".

Dünya

Peskov: Dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb

17 May 2022

Reuters

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı düşmən dövlətə çevrilib. “TASS” xəbər verir ki, bunu mayın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin bir adı var - müharibə”. Peskov çıxışı zamanı onu da qeyd edib ki, dövlət öz maraqlarını müdafiə edərkən bütövlük nümayiş etdirməyəndə suverenliyini itirir. Mart ayında rəsmi Moskva Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını əks etdirən fərman imzalayıb. Təsdiq edilmiş siyahıya ABŞ, Kanada və Avropa...
Dünya

İsveç 200 illik neytrallıq siyasətini pozaraq NATO-ya müraciət edib

17 May 2022

EPA/EFE

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb. Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb. Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub. Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib. Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini...

Seçilmiş Videolar

Toplum TV loqo