Dünya

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

25 Yanvar, 2021
55

Qazeta.ru

“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla...”

Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də “Tatyanin den” münasibətilə keçirilən videokonfransda icazəsiz aksiyaları şərh edərkən belə deyib.

“Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, - deyə Rusiya dövlət başçısı vurğulayıb.

Yanvarın 23-də Rusiyanın 38 şəhərində Aleksey Navalnının azad olunması ilə bağlı kütləvi etiraz aksiyaları keçirilib. İcazəsiz keçirilən aksiyalar zamanı polislə etirazçılar arasında sayda toqquşmalar qeydə alınıb.

Dünya

Gürcü hökuməti paytaxt restoranlarına maliyyə yardımı ayırır
 

5 Mart 2021

TripAdvisor

Tbilisi restoranları hökumət tərəfindən vəd edilən subsidiyaları alacaqlar "Sputnik Gürcüstan"ın martın 5-də verdiyi xəbərə görə, pandemiyanın vurduğu ziyana kompensasiya olaraq hər bir restoran 5 min lari (2560 manat) həcmində dövlət subsidiyası alacaq.  Bu barədə Nazirlər Kabinetinin iclası zamanı baş nazir İrakli Qaribaşvili açıqlama verib. O, bildirib ki, hökumət kiçik və orta restoran biznesinin maliyyələşdirilməsi haqqında təşəbbüsü dəstəkləmək niyyətindədir.  Yardımın hansı meyarlar əsasında paylanılacağı bir neçə gün sonra bildiriləcək. Qeyd olunub ki, bu meyarlar əsasən restoranın dövriyyəsi və yerlərin sayı ilə bağlı olacaq. Bir hüquqi şəxsin birdən artıq restoranı idarə etdiyi hallarda subsidiya 10 min lari (3000$) təşkil edəcək.  Layihə çərçivəsində...
Dünya

Belarus Litvadan Tixanovskayanın təhvil verilməsini tələb edir

5 Mart 2021

NRC

Belarus Baş Prokurorluğu Litvaya göndərdiyi müraciətdə Svetlana Tixanovskayanın cinayət məsuliyyətinə cəlb olunması üçün təhvil verilməsini tələb edib.  "RİA Novosti"nin martın 5-də verdiyi xəbərə görə, keçmiş prezidentliyə namizəd ictimai asayişin pozulmasında və dövlət əleyhinə cinayətlərdə ittiham olunur. Belarus İntintaq Komitəsi martın 2-də bildirmişdi ki, Tixanovskayanın ekstradisiyasına başlamaq niyyətindədir və müvafiq sənədlər artıq respublikanın Baş prokurorluğuna göndərilib.  Litva XİN isə öz növbəsində bildirib ki, ölkə siyasi təqibə məruz qalan şəxsləri təhvil vermir. Belarusda 2020-ci ilin avqustun 9-da keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə 80,1% səs toplayan Aleksandr Lukaşenko qalib elan olunub. Lukaşenko əleyhdarları isə seçkilərdə Tixanovskayanın qalib gəldiyini hesab edir. Müxalifət yeni...
Seçilmiş Videolar