Sosial Media
Semyon Peqov
Rusiya Prezidenti Vladimir Putin müharibə müxbiri Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.
Toplum TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, mükafat Peqova “peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə” verilib.
Semyon Peqov rusiyalı jurnalist, müharibə müxbiri, "WarGonzo" layihəsinin yaradıcısıdır. O, Rusiyanın Ukraynada, Donbasda keçirdiyi əməliyyatlar zamanı minaya düşərək bir ayağını itirib.
Peqov İkinci Qarabağ müharibəsində də erməni tərəfdən müharibəni işıqlandırmışdı. O, son ana qədər erməni tərəfinin uduzmadığını, əksinə qalib gəlməkdə olduğunu iddia edirdi.
Cəbhədən təxribat xarakterli məlumatlar yaymaqda ittiham edilən Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər