Dünya

Putin Semyon Peqovu təltif edib

25 Noyabr, 2022
183

Sosial Media

Semyon Peqov

Rusiya Prezidenti Vladimir Putin müharibə müxbiri Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Toplum TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Qeyd olunub ki, mükafat Peqova “peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, şücaət və fədakarlığa görə” verilib.

Semyon Peqov rusiyalı jurnalist, müharibə müxbiri, "WarGonzo" layihəsinin yaradıcısıdır. O, Rusiyanın Ukraynada, Donbasda keçirdiyi əməliyyatlar zamanı minaya düşərək bir ayağını itirib. 

https://toplum.tv/siyaset/azerbaycanin-axtardigi-bloger-sulhmeramlilarin-oldugu-erazilerde-peyda-olub

Peqov İkinci Qarabağ müharibəsində də erməni tərəfdən müharibəni işıqlandırmışdı. O, son ana qədər erməni tərəfinin uduzmadığını, əksinə qalib gəlməkdə olduğunu iddia edirdi. 

Cəbhədən təxribat xarakterli məlumatlar yaymaqda ittiham edilən Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Moskvaya dron hücumu: Rusiya Ukraynanı ittiham edir

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

“Səhər saatlarında Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib” Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, paytaxt səkkiz təyyarə tipli pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Nazirliyin açıqlamasına görə, Moskva vilayətində beş PUA "Pantsir-S" zenit-raket sistemi ilə vurulub, üçü isə radio-elektron qurğularda yerə düşürülüb. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Rusiyanın teleqram kanalları isə paytaxta hücum edən PUA-ların sayının Müdafiə Nazirliyinin açıqladığından daha çox olduğunu iddia edib.  Mayın 30-na keçən gecə Ukrayna da "Şahed-136/131" dronlarının növbəti hücumuna məruz qalıb. Ukraynanın Hərbi Hava Qüvvələri ümumilikdə 31 kamikadze dronun havaya qaldırıldığını bildirir. Məlumata...
Dünya

ATƏT müşahidəçiləri Türkiyədəki seçkiləri tam ədalətli saymayıblar

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

ATƏT-dən olan beynəlxalq müşahidəçilər Türkiyədə keçirilən prezident seçkilərini tam azad və ədalətli kimi tanımayıb.  Toplum TV "Radio Rferl"-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın seçkilərin ikinci turu ilə bağlı hesabatında qeyd olunub.   Müşahidəçilər təsdiq edib ki, seçkilərin təşkili demokratik qaydalara uyğun olub və seçicilər namizədləri seçməkdə sərbəst olublar. Amma seçki kampaniyasında ayrı-seçkilik xarakterli ifadələrdən istifadə olunub. Burada dövlət mediasının qərəzli olmasından, söz azadlığının məhdudlaşdırılmasından da bəhs edilir. Bu, ATƏT-in fikrincə, namizədlərin qeyri-bərabərsizliyinə və Rəcəb Tayyib Ərdoğana imtiyazların verilməsinə səbəb olub.  https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip Türkiyədə seçkilərin nəticələri türk lirəsinə də mənfi təsir göstərib. Ərdoğanın qələbəsi elan edildikdən sonra lirə dollar qarşısında...

Seçilmiş Videolar

Toplum TV loqo