BBC
Vladimir Putin
"Mən özüm də sabah peyvənd vurduracam" - Rusiya prezidenti Vladimir Putin martın 23-də vaksinasiya məsələsinin müzakirə olunduğu toplantıda belə deyib (“currenttime.tv").
O, peyvəndlənmənin hər kəsin könüllü qərarı olduğunu qeyd edib; bildirib ki, Rusiyada 6.3 milyon nəfər vaksinin birinci, 4.3 milyon nəfərsə hər iki komponentini qəbul edib.
Putin deyib ki, Rusiya istehsalı olan peyvəndlər "etibarlı və təhlükəsizdir".
Prezidentin mətbuat katibi Dmitri Peskov "İnterfaks"ın Putinə hansı peyvəndin vurulması haqda sualına belə cavab verib: "Üç yerli vaksindən biri. Bu peyvəndlərin hamısı yaxşıdır."
Rusiya Federasiyasında peyvəndlənmə prosesi yanvarın 18-də başlayıb, ölkə əhalisinə əsasən "Sputnik V" peyvəndi vurulur.
“Levada” Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının yarısından çoxu (58%) bu peyvəndlə vaksinasiya olunmağa tərəddüd edir. Rəyi soruşulanların yalnız 38%-i buna hazırdır. Mərkəzin direktor müavini Denis Volkov rusiyalıların yerli peyvəndlərə qarşı "yüksək səviyyədə inamsız" yanaşdıqlarına diqqət çəkib.
17 dekabr 2020-ci il tarixli mətbuat konfransında Putin demişdi ki, aid olduğu yaş qrupunun peyvəndlənməsi məsləhət deyil.
Bugünkü açıqlamasından sonra isə D.Peskov Rusiya peyvəndinin Putinin sağlamlığına "heç bir şəkildə" təsir etməyəcəyini deyib.
Son rəsmi məlumatlara görə, Rusiyada adambaşına düşən peyvəndlənmə sayı əksər AB ölkələrindən aşağıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür