Dünya

Putin Ukraynadan taxıl icracına mane ola bilər: "Ərdoğanla məsləhətləşəcəm"

7 Sentyabr, 2022
477

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Moskva və Kiyevin bağladığı “taxıl sazişi”nin nəticələrindən hiddətlənib. O, bunu Çində keçirilən Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib, çıxışın yayımı "YouTube"-da var.

“Ukrayna ətrafında baş verən hadisələrin mürəkkəbliyinə baxmayaraq, biz Ukrayna taxılının ixracını təmin etmək üçün hər şeyi etdik. Mən Afrika İttifaqının liderləri ilə, Afrika dövlətlərinin rəhbərləri ilə görüşdüm, onlara söz verdim ki, biz onların maraqlarını təmin etmək və Ukrayna taxılının ixracını asanlaşdırmaq üçün hər şeyi edəcəyik. Biz bunu hansısa instruksiya tətbiq etmədən həyata keçirdik”, - deyə o bildirib.

https://toplum.tv/dunya/bayden-rusiyani-terrorizmin-sponsoru-kimi-tanimaga-ehtiyac-gormur

Eyni zamanda, Putin inkişaf etməkdə olan ölkələrin əvəzinə taxılın  Avropa Birliyinə (AB) daşındığını iddia edib: 

“Demək istəyirəm ki, bir çox Avropa ölkələri əvvəlki onilliklərdəki və əsrlərdəki müstəmləkəçilik siyasətini bu gün də davam etdirirlər. Onlar yenə inkişaf etməkdə olan ölkələri sadəcə aldatdılar və aldatmaqda davam edirlər”. 

Putin deyib ki, ola bilsin, Ukraynadan taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşündü: "Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı, Ukraynadan taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik”.

İyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT arasında İstanbulda Ukrayna taxılının ixracına dair saziş imzalanıb. Müqavilənin müddəti 120 gün ərzində uzadıla bilər.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Dmitri Medvedev Böyük Britaniyanı təhdid edib

31 May 2023

Açıq mənbələrdən götürülüb

"Böyük Britaniya Moskvanın “əbədi düşməni”dir, Ukraynada müharibəyə şərait yaradan istənilən Britaniya rəsmisi qanuni hərbi hədəf hesab edilə bilər". Toplum TV "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.  O, Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc göstərmək hüququna malik olması ilə bağlı sözlərindən qəzəblənib. Sabiq prezident deyib ki, Britaniyanın “ağılsız məmurları” bunun “müharibə iştirakçısı” olmaq mənasına gələcəyini dərk etməlidirlər. https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp     "Böyük Britaniya Ukraynanın müttəfiqi kimi ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, o, faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır", - Medvedev "Tvitter"...
Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib. Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib. Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni...

Seçilmiş Videolar

Toplum TV loqo