Açıq mənbələrdən götürülüb
Rusiya Prezidenti Vladimir Putin “xarici agentlər barədə” Dövlət Dumasının qəbul etdiyi və Federasiya Şurasının təsdiqlədiyi qanun layihəsini imzalayıb.
RİA Novosti xəbər verir ki, yeni qanun bu sahədə mövcud qanunvericiliyi ümumiləşdirir, dəqiqləşdirir və əlavələr edir.
Qanun xaricdən dəstək alan və ya “hansısa formada xarici təsir altında olan” hər kəsin xaricdən maliyyə almasa belə, “xarici agent” elan edilməsinə imkan verəcək.
Qanuna əsasən, “xarici agentlər”ə dövlət məktəblərində və ali məktəblərdə dərs demək, büdcə vəsaiti hesabına yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, dövlət müqavilələri üzrə satınalmalarda iştirak etmək, ekoloji ekspertiza aparmaq qadağan olunacaq.
Bundan əlavə, qanun “xarici agentlərlə əlaqəli şəxslər” anlayışını ortaya atır. Bunlara “xarici agent” elan edilmiş təşkilatların təsisçiləri, menecerləri, iştirakçıları və ya işçiləri daxildir.
Qanun dekabrın 1-dən qüvvəyə minəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür